“Cəhənnəmdə olanların əksəriyyəti qadınlardır” - Akif İslamzadə

“Cəhənnəmdə olanların əksəriyyəti qadınlardır” - Akif İslamzadə


“Qəribədir ki, küçədə insanlar mənə yaxınlaşırlar, fikirləşirlər ki, yəqin hökmümüz çatır və çox vaxt TV-lərdən şikayətlənirlər. Deyirlər ki, biz övladlarımıza icazə vermirik televiziyaya baxmağa, çünki əxlaqları pozular. Əlbəttə mən də televizoru açıram, özüm futbol azarkeşiyəm. Ancaq istər-istəməz kanallara gözüm sataşır. Çox təəccüblənirəm. Oxumaq kənarda qalıb. Xüsusilə qadın ifaçılar əndamlarını göstərirlər. Kişilərdə də az yoxdur. Bayrağımızdakı yaşıl rəgdən utansınlar. Heç bayraqdakı rənglərin mənalarını bilirlər?”

Bu sözləri “Qafqazinfo”ya açıqlamasında illər əvvəl səhnədən uzaqlaşan müğənni Akif İslamzadə deyib. Keçmiş estrada ifaçısı televiziyalarda yayımlanan proqramlardan şikayətlənib:

“Mən başa düşə bilmirəm ki, kişi qadının yataq otağına gedib necə şkaf açar? Nə qədər qeybət eşitmək olar? Qeybətə qulaq asmaq qeybət kimi bir şeydir. Fikirləşirəm ki, yəqin sədrlərdən tutmuş idarə edənlər öz səviyyəsini göstərir. Ona görə gördüklərimiz budur. Bir neçə müddət bundan əvvəl iki müğənni ( Əməkdar artist Rəşad İlyasov və müğənni Rüfət Axundov) söyüşlə mahnı oxumuşdu”.

A.İslamzadə eyni zamanda dünya televiziya aləmində də ədəbsizliyin hökm sürdüyünü düşünür: “Bu problem təkcə bizdə deyil. Dünyada da belədir. Görün nə qədər ədəbsiz, əxlaqsız sözlər eşidirsiz. Adəmdən başlayan hekayənin sonu olmalıdır. İndi belədir, əlamətlər bunu göstərir. Hədislərdə yazıldığı kimi, qoyun otaran bədəvi ərəblər hündür binalar tikmək üçün yarışacaqlar, qadınlar kişi vəzifələrini yerinə yetirəcək, kişilər zəifləyəcəklər. Aylar həftələr kimi, həftələr günlər kimi keçəcək. Tarixin sonuna gedirik”.

Həmçinin sənətçi qeyd edib ki, qadınlarla kişilər heç vaxt bərabərhüquqlu ola bilməz: “Fikir verin, bütün dünya matriarxat (ana xaqanlığı) olub. Ümumiyyətlə, bu cəmiyyət inkişaf edə bilməz. Qadınların elmləri ibtidai sinifdən o tərəfə keçmir. Bəli, ibtidai sinif müəllimləri ola bilərlər. İstisnalar ola bilər. Tarixdə böyük işlər görən qadınlar var. Peyğəmbərimizin meracında da cənnəti, cəhənnəmi göstəriblər. Cəhənnəmdə olanların əksəriyyəti qadınlardır.

Qadınla kişi bərabər ola bilməz. Bu, təbiətin əleyhinə olan bir şeydir. Elmdə, incəsənətdə bir qadın məktəbinin adını çəkin! Yoxdur! Yenə də deyirəm, tarixən böyük sənətkarlar olub. Amma onlar məktəb deyil, onlar məktəbin davamçılarıdır”.
Bu xəbəri oxuyanlar aşağıdakı xəbərləridə oxuyub
 
Xəbər lenti