Prezident Rasim Balayevə zəng vurdu

Prezident Rasim Balayevə zəng vurdu


Prezident İlham Əliyev xalq artisti Rasim Balayevlə telefonla danışıb. “Qafqazinfo” xəbər verir ki, bu barədə “Ölkə.Az”a Rasim Balayev özü məlumat verib.

O bildirib ki, bu gün prezidentlə telefonla danışıb:

“Təxminən on dəqiqə əvvəl cənab Prezident mənimlə telefonda danışdı. Bildirdi ki, bu, siyahını hazırlayanların günahıdır, onun mənə münasibəti deyil. Mən də təşəkkürümü bildirdim.

Cənab prezident həmçinin bu il kino sahəsinə 5 milyon ayrıldığını qeyd edib. Növbəti ildən kinoya vəsait ayrılması büdcəyə salınacaq. Məndən soruşdu ki, görüşdə iştirak etsəydin, nə təklifin olacaqdı? Bildirdim ki, mənim təkliflərim Mehriban Zəkinin fikirləri ilə üst -üstə düşür”.

Xatırladaq ki, R.Balayev Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyevanın martın 1-də mədəniyyət və incəsənət xadimlərinin bir qrupu ilə görüşünə dəvət edilmədiyi üçün mətbuata açıqlama vermişdi və siyahını hazırlayanların onu nəzərə almadıqlarını vurğulamışdı.

Onu da əlavə edək ki, M. Zəki çıxışında kinoya diqqətin artırılmasını xahiş etmişdi.
Bu xəbəri oxuyanlar aşağıdakı xəbərləridə oxuyub
 
Xəbər lenti
                                                           
ankara escort ankara escort izmir escort