“Dedim ki, sizdən imtina edəcəm”

“Dedim ki, sizdən imtina edəcəm”


“Hərdən övladlarımla zarafat edirdim. Deyirdim ki, gedib ərizə verəcəm, sizdəm imtina edəcəm. Bu sözümdən oğlum qorxdu. Qızıma zəng vuraraq deyib ki, xəbərin var, ana bizdən imtina edəcək”.

“Qafqazinfo” xəbər verir ki, bu sözləri xalq artisti Flora Kərimova “Səhər-səhər” proqramında deyib. Müğənni efirdə övladları ilə bağlı yaşadığı maraqlı hadisələrdən birini danışıb:

"Oğlum dediklərimi ciddi qəbul edib və mənə də zəng etmişdi ki, ana nə olub? Deyirəm heç nə, gəlinim zəng edərək deyir ki, sənin başın qaçıb. Dedim ki, baxın, Allaha and içirəm işimi-gücümü qoyaraq ora gəlib küçə süpürərəm, nəvələrimə baxaram, səndən də imtina edərəm".

Flora Kərimovanın iki övladı – bir oğlu, bir qızı var. Qızı İngiltərədə, oğlu Almaniyada yaşayır
Bu xəbəri oxuyanlar aşağıdakı xəbərləridə oxuyub
 
Xəbər lenti