Rauf Hacıyevlə bir gün - Fotolar

Rauf Hacıyevlə bir gün - Fotolar



Oktyabrın 4-ü Heydər Əliyev sarayında SSRİ xalq artisti bəstəkar Rauf Hacıyevin bəstələrindən ibarət konsert proqramı keçirilmişdir.


Gecce.az xəbər verir ki, Azərbaycan Respublikasının prezidenti İlham Əliyevin Rauf Hacıyevin xatirəsinin anılması münasibətilə 15 may 2018-ci il tarixli fərmanı ilə baş tutmuş konsertdə xalq artistləri Natəvan Şeyxova, Mübariz Tağıyev, Azər Zeynalov, Samir Cəfərov, İlham Namiq Kamal, əməkdar artistlər Teymur Əmrah, Zaur Əmiraslanov, müğənnilər Səbinə Babayeva, Fuad musayev, “Qaya” vokal-instrumental ansamblı və digərləri iştirak etmişlər.

Ömrünün 73-cü ilində dünyadan köçən Rauf Hacıyev bir çox musiqili komediyalar, operettalar, balet, simfonik poemalar, həmçinin bir çox filmlərimizdəki sevdiyimiz musiqilərin bəstəkarıdır. “Bir qalanın sirri”, “Əhməd haradadır?”, “Kölgələr sürünür”, “Qara daşlar”, “Qaraca qız”, “Ordan-burdan”, “Romeo mənim qonşumdur” və s. bu kimi filmlərdə sevdiyimiz və illər keçsə də unutmayacağımız musiqilərin müəllifidir.

Rauf Hacıyevlə bir gün - Fotolar

Rauf Hacıyevlə bir gün - Fotolar

Rauf Hacıyevlə bir gün - Fotolar

Rauf Hacıyevlə bir gün - Fotolar

Rauf Hacıyevlə bir gün - Fotolar

Rauf Hacıyevlə bir gün - Fotolar

Rauf Hacıyevlə bir gün - Fotolar

Rauf Hacıyevlə bir gün - Fotolar

Bu xəbəri oxuyanlar aşağıdakı xəbərləridə oxuyub
 
Xəbər lenti