Mənsum İbrahimovdan “Səni deyirlər”ə deyinənlərə - tərs sillə

Mənsum İbrahimovdan “Səni deyirlər”ə deyinənlərə - tərs sillə


“Səni deyirlər” mahnısı İranda yaşayan soydaşlarımızla bizim əhval-ruhiyyəmizə böyük rəng qatdı”.

Bunu AzNews.az-a açıqlamasında xalq artisti, muğam ifaçısı Mənsum İbrahimov son günlər sosial şəbəkələrdə gündəmə çevrilmiş “Səni deyirlər” mahnısından danışarkən deyib. Onun sözlərinə görə, mahnı bəsit olsa da oynaqdır:

“Mən mahnıya bir musiqiçi kimi baxıram. Peşəkar musiqi olmasa da amma oynaqdır. O taylı-bu taylı azərbaycanlıların əhval-ruhiyyəsini birləşdirdi. Əhval-ruhiyyə o qədər böyüdü ki, eşidən əl-ələ verib oynadı. Musiqidə hərəkət olduğuna görə, anidən reaksiya verildi”.

Mənsum İbrahimov qeyd edib ki, İran azərbaycanlıları ilə bizim misiqimizi ayırmaq düzgün deyil. Bu eyniliyi sübut edəcək çox ciddi musiqilər var:

“Dahi Üzeyir bəydən tutmuş indiki bəstəkarlara kimi, yaratdıqları mahnılar o tayla birləşmədən xəbər verir. Məsələn, mərhum sənətkar Rübabə Muradovanın ifa etdiyi “Qaragilə” illər keçsə də unudulan deyil”.
Bu xəbəri oxuyanlar aşağıdakı xəbərləridə oxuyub
 
Xəbər lenti
                                                           
ankara escort