Xalq artisti relslərin üzərində şəkil çəkdirən qızdan danışdı - “Narahatlığa səbəb yoxdur”

Xalq artisti relslərin üzərində şəkil çəkdirən qızdan danışdı - “Narahatlığa səbəb yoxdur”


Xəbər verdiyimiz kimi, Bakı Metropoliteninin “Nəriman Nərimanov” stansiyasında 21 yaşlı Arzu Əhmədovanın relslərin üərində şəkil çəkdirməsi müzakirələrə səbəb olub.

Xalq artisti Flora Kərimova məsələ ilə bağlı İnstaqram hesabında açıqlama yayıb.

Sənətçinin sözlərinə görə, gənc qızın fotosu film çəkilişi zamanı ortaya çıxıb:

“Dünən qeyri-iş saatlarında metronun “Nəriman Narimanov” adına stansiyasında “Qayınana 2018” filminin çəkilişləri baş tutdu. Filmdə kütləvi səhnələrdə çəkilən gənc xanımın stansiyadan çəkilib sosial şəbəkələrdə paylaşılan fotosu bu gün mətbuat və sosial mediada tirajlandı və təəsüf ki, məlumat təhrif olundu. Əslində isə narahatlığa heç bir əsas yoxdur. Hamımız sağ-salamat, yüksək təhlükəsizlik şəraitində çəkilişləri uğurla yekunlaşdırdıq”.

“Qafqazinfo”
Bu xəbəri oxuyanlar aşağıdakı xəbərləridə oxuyub
Şirvanda qətl

22.06.2018 / 21:20
 
Xəbər lenti