“Məni təhqir edən anasından doğulmayıb”

“Məni təhqir edən anasından doğulmayıb”


Fikrət Əmirov adına Gəncə Dövlət Filarmoniyasının direktoru, xalq artisti Samir Cəfərov tutduğu vəzifədən istefa verib.

Gecce.az ölkə.az-a istinadən xəbər verir ki, bir neçə gündür Bakıya qayıdan Cəfərovun bu qərarına səbəb şəhərin rəhbər şəxslərindən biriylə münasibətlərinin gərginləşməsi olub. İddialara görə, Cəfərov şəhərin idarə və müəssisələrində filarmoniyada təşkil edilən konsertlərə məcburi bilet satılmasına etiraz etdiyi üçün sözügedən məmurla mübahisə edib və onun tərəfindən xoşagəlməz sözlər eşidib. Məhz bu hadisədən sonra xalq artisti vəzifəsindən istefa verib.

***

Samir Cəfərov "Qafqazinfo"ya açıqlamasında məmurla dava etmədiyini bildirib:“Bir ilə yaxındır ki, orada vəzifədə oldum. Əlavə ansambl yaratdım, festivallar, konsertlər, tədbirlər keçirdik. Öz yaradıcılığım ikinci plana keçdi. Buna görə mənim üçün o işin marağı itib. Qastrollardan, tədbirlərdən, efirlərdən qalıram, iştirak edə bilmirəm.

Məsafə də var. Ailəm Bakıda, mən Gəncədə qalırdım. Yaşamaq üçün şərait, ev yox idi. Bu səbəbdən istefa vermişəm. Mübahisə olmayım. Xəbərdə yazılıb ki, məni təhqir ediblər. Məni təhqir edən anasından doğulmayıb. Məni heç kim təhqir edə bilməz. Özümü o yerə qoymamışam. İşimi səviyyəli şəkildə həyata keçirmişəm”.
Bu xəbəri oxuyanlar aşağıdakı xəbərləridə oxuyub
 
Xəbər lenti