Xalq artisti məmurla dalaşdı, işdən çıxdı » Gecce.Az Xəbər Portalı
Xalq artisti məmurla dalaşdı, işdən çıxdı

Xalq artisti məmurla dalaşdı, işdən çıxdı


Fikrət Əmirov adına Gəncə Dövlət Filarmoniyasının direktoru, xalq artisti Samir Cəfərov tutduğu vəzifədən istefa verib.

Gecce.az ölkə.az-a istinadən xəbər verir ki, bir neçə gündür Bakıya qayıdan Cəfərovun bu qərarına səbəb şəhərin rəhbər şəxslərindən biriylə münasibətlərinin gərginləşməsi olub. İddialara görə, Cəfərov şəhərin idarə və müəssisələrində filarmoniyada təşkil edilən konsertlərə məcburi bilet satılmasına etiraz etdiyi üçün sözügedən məmurla mübahisə edib və onun tərəfindən xoşagəlməz sözlər eşidib. Məhz bu hadisədən sonra xalq artisti vəzifəsindən istefa verib.

Qeyd edək ki, S.Cəfərov ötən ilin iyunundan bu postu tuturdu. Məsələ ilə bağlı S.Cəfərovla əlaqə saxlanılıb. O, bu barədə danışmaq istəmədiyini bildirib.
Bu xəbəri oxuyanlar aşağıdakı xəbərləridə oxuyub
 
Xəbər lenti
                                                           
ankara escort