"Gülşən Qurbanovanın məzarını açdırmamışıq" - Bacısı » Gecce.Az Xəbər Portalı
"Gülşən Qurbanovanın məzarını açdırmamışıq" - Bacısı

"Gülşən Qurbanovanın məzarını açdırmamışıq" - Bacısı


Mərhum xalq artisti Gülşən Qurbanovanın bacısı Firəngiz xanım “Bizimləsən” verilişinin qonağı olub.

O, bacısının ölümündən danışıb. Bildirib ki, G.Qurbanova vaxtlı-vaxtında müalicə almırdı:

“İki dəfə infarkt oldu. İkinci dəfə 10 gündən sonra xəstəxanadan qaçdı. Dedi ki, ürəyim dözmür, dayana bilmərəm. Gedirdi efirə çıxırdı. Ürəyi üçüncü infarkta dözmədi”.

Firəngiz xanım aparıcı Zaur Baxşəliyevin “Dedilər ki, Gülşən xanım qəbirdə fırlanıb, yerini dəyişib, məzarını açmısınız” sözlərinə belə cavab verib:

“Yalan söhbətdir. Bu söz elə burda da qalsın. Biz bacımın məzarını açdırmamışıq”.

Xalq artisti Yasin Qarayev isə "Həmişə deyirdi ki, mənim ürəyim xəstə idi, səhvən ödümü kəsdilər. Bunu heç vaxt açıb-ağartmadı" söyləyib.

Axşam.az
Bu xəbəri oxuyanlar aşağıdakı xəbərləridə oxuyub
Özcan Deniz oğlu ilə

18.08.2018 / 19:30
 
Xəbər lenti
                                                           
ankara escort