“Sümükləri sızım-sızım sızıldayırdı...” - Azər Xanlaroğlunun dostu » Gecce.Az Xəbər Portalı
“Sümükləri sızım-sızım sızıldayırdı...” - Azər Xanlaroğlunun dostu

“Sümükləri sızım-sızım sızıldayırdı...” - Azər Xanlaroğlunun dostu


“Azər heç yaxşı deyildi. Son aylar ağrıları kəskin artmışdı”.

Bunu AzNews.az-a açıqlamasında mərhum aşıq Azər Xanlaroğlunun yaxın dostu Ehtiram İlham onunla bağlı xatirələrini bölüşərkən deyib. Dostunun sözlərinə görə, sonuncu əməliyyatdan sonra mərhuma həkimlər daimi müalicə kursu almağı tövsiyə ediblər:

“Əməliyyatdan sonra yaxşıydı. Amma növbəti müalicələr lazım idi, ona da imkan yox. Ağrılardan bezmişdi. Sümükləri sızım-sızım sızıldayırdı… Ağrılara tab gətirə bilmədi. Amma son vaxtlar ruhu buralarda deyildi. Tələsirdi elə bil. Bircə ağrıyan cismi qalmışdı. Sadəcə istəyirdi ki, ağrılardan canı qurtarsın, vəssalam. Onu ağrılardan ölüm qurtardı”.

Qeyd edək ki, Aşıq Azər Xanlaroğlu uzun sürən xəstəlikdən sonra mayın 12-də dünyasını dəyişib. Mərhum Badamdar qəbiristanlığında saz havası sədaları altında torpağa tapşırılıb.
Bu xəbəri oxuyanlar aşağıdakı xəbərləridə oxuyub
 
Xəbər lenti
                                                           
ankara escort