“Röya 15 min manat təzminat ödəməlidir” – Bəstəkar

“Röya 15 min manat təzminat ödəməlidir” – Bəstəkar


Tanınmış bəstəkar Nadir Əzimov əməkdar artist Röyanı məhkəməyə verib. Bəstəkarın iddiası Xəzər rayon məhkəməsinin qərarına əsasən qismən təmin edilib.

Gecce.az xəbər verir ki, Yenicag.az-a açıqlama verən N.Əzimov məsələyə belə aydınlıq gətirib:

“Röyanı məhkəməyə iki il əvvəl vermişəm. O, mənim “Darıxdım” adlı mahnımı icazəsiz oxuyub, efirdə bir dəfə də olsun adımı çəkməyib. Mən də incidim və məhkəməyə müraciət etdim. Məhkəmənin qərarına görə, Röya 15 min manat təzminat ödəməlidir. Lakin o bunu ödəmək əvəzinə, apellyasiya məhkəməsinə müraciət edib”.
Bəstəkar "Müğənni ilə barışmaq barədə düşünürsünüzmü” sualına belə cavab verib:

“Röya mənə müraciət edəndə, gec idi, artıq məhkəmə prosesi başlamışdı”.

Qeyd edək ki, Röyanın vəkili qərardan apellyasiya məhkəməsinə şikayət edib.
Bu xəbəri oxuyanlar aşağıdakı xəbərləridə oxuyub
Sabah hava necə olacaq?

14.11.2018 / 13:00
 
Xəbər lenti
                                                           
ankara escort