Xalq artisti ilk dəfə ailəsini göstərdi - Fotolar

Xalq artisti ilk dəfə ailəsini göstərdi - Fotolar


“Xəzər” telekanalında yayımlanan “Evdəkilərə salam” verilişi xalq artisti Ceyran Haşımovanın evində qonaq olub.

84 yaşlı sənətkar səhhətində tez-tez yaranan problemlə (təzyiq) bağlı çəkilişin gecikdiyini qeyd edib.

Ceyran xanım evində tək yaşadığını, lakin oğlu, "Rast" qrupunun rəhbəri, əməkdar artist Rəşad Haşımovun, gəlini və nəvələrinin çox vaxt onun yanında qaldığını bildirib. O, nəticəsinin olduğunu da söyləyib:

"Bir özümüz 3 bacı olmuşuq, üçümüzdə də oğlan olub. Həmişə arzu eləmişəm ki, qız nəvəm olsun. Rəşadı evləndirəndə də Allaha yalvardım ki, birinci qız olsun, sonra fərq etməz. Mən o qədər "Lalə" qızlar ansamblını sevirəm ki, istəyirdim qız nəvəm olsun və adını Lalə qoyum. Allah da məni eşitdi. Qız nəvəm oldu, Adını Lalə qoydum. İndi də onun övladı olub. Rəşad baba olub".

C.Haşımova ilk dəfə verilişdə gəlinini də təqdim edib. O, yaxşı qayınana olduğunu və heç vaxt gəlini ilə mübahisə etmədiyini bildirib.
Qeyd edək ki, xalq artisti 1964-cü ildə məşhur "Lalə Qızlar Ansamblı"nı yaradıb. Ansambl Təranə Vəlizadə, Nisə Qasımova, Nəzakət Məmmədova, Kəmalə Rəhimova, Firuzə İbadova, Rühəngiz Allahverdiyeva, Zöhrə Abdullayeva, Rəhilə Bəndəliyeva, Yaqut Abdullayeva və başqa xanım sənətkarları Azərbaycan ifaçılıq sənətinə bəxş edib.

Xalq artisti ilk dəfə ailəsini göstərdi - Fotolar

Xalq artisti ilk dəfə ailəsini göstərdi - Fotolar

Xalq artisti ilk dəfə ailəsini göstərdi - Fotolar

Xalq artisti ilk dəfə ailəsini göstərdi - Fotolar

Xalq artisti ilk dəfə ailəsini göstərdi - Fotolar

Xalq artisti ilk dəfə ailəsini göstərdi - Fotolar

Xalq artisti ilk dəfə ailəsini göstərdi - Fotolar

Xalq artisti ilk dəfə ailəsini göstərdi - Fotolar


Axşam.az
Bu xəbəri oxuyanlar aşağıdakı xəbərləridə oxuyub
 
Xəbər lenti
                                                           
ankara escort