Fuad Poladova görə aktyora xəbərdarlıq edilib - “Azdrama”da qalmaqal

Fuad Poladova görə aktyora xəbərdarlıq edilib - “Azdrama”da qalmaqal


Mayın 5-də, aktyor Fuad Poladovun dəfn günündə, “Şah Qacar” tamaşasından sonra Akademik Milli Dram teatrında qalmaqal yaşanıb.

Gecce.az xəbər verir ki, teatrdan adının açıqlanmasını istəməyən şəxsin Kulis.az-a verdiyi məlumata görə, gərginlik tamaşanın ardınca təzimə çıxan aktyorlardan birinin Fuad Poladovu xatırlaması və onun xatirəsinə tamaşaçılardan bir dəqiqəlik sükut xahiş etməsindən sonra yaşanıb.

Teatr rəhbərliyi aktyoru çağıraraq, ona xüsusi xəbərdarlıq edib.

Qeyd edək ki, “Şah Qacar” mərhum aktyor Fuad Poladovun baş qəhrəmanı oynadığı tamaşalardan biridir. İndi Qacar rolunda Akademik Milli Dram Teatrının aktyoru Abbas Qəhrəmanov çıxış edir.

Teatr məsələ ilə bağlı açıqlama vermək istəməyib. Məsələ ilə bağlı hər hansı açıqlama olarsa, yayımlamağa hazırıq.
Bu xəbəri oxuyanlar aşağıdakı xəbərləridə oxuyub
 
Xəbər lenti
                                                           
ankara escort