“Həkimlər evdən çıxmağıma icazə vermirlər”

“Həkimlər evdən çıxmağıma icazə vermirlər”


Azərbaycanın xalq artisti, sevimli aktyor Rasim Balayevin səhhəti yaxşılaşıb.

Gecce.az xəbər verir ki, bu barədə Modern.az-a R.Balayev özü məlumat verib.

Təxminən bir həftə əvvəl əməliyyat olunduğu Mərkəzi Gömrük Hospitalından evə buraxıldığını deyən aktyor, hazırda ev şəraitində müalicəsini davam etdirir:

“Əvvələ baxanda nisbətən özümü yaxşı hiss edirəm. Amma həkimlər evdən çıxmağıma icazə vermirlər. Bir həftə sonra yenidən müayinə olunacağam. Yalnız bundan sonra səhhətim barədə dəqiq fikir bildiriləcək”.

Aktyor onu unutmayan, səhhətilə maraqlanan hər kəsə təşəkkür edib.

Xatırlaqdaq ki, R.Balayev martın 14-də Mərkəzi Gömrük Hospitalında uroloji problemdən dolayı əməliyyat olunub.
Bu xəbəri oxuyanlar aşağıdakı xəbərləridə oxuyub
 
Xəbər lenti
                                                           
ankara escort