Baş rejissorun ittihamlara cavabı gecikmədi: “Adlarını bilirəm, məqam gözləyirəm...”

Baş rejissorun ittihamlara cavabı gecikmədi: “Adlarını bilirəm, məqam gözləyirəm...”


Əməkdar artist, İrəvan Dövlət Azərbaycan Dram Teatrının baş rejissoru Sərvər Əliyev aktyor Əmrulla Nurullayevin ona qarşı səsləndirdiyi ittihamlara cavab verib.

O, AzNews.az-a açıqlamasında bildirib ki, bəzi adamlar ona qarşı çirkin təxribat kampaniyası aparır:

“Mən Əmrullanın mətbuata verdiyi açıqlamanı oxudum. Guya ki, onun səhhətinin pisləşməsinə səbəb mənəm. Əslində mən ona heç vaxt "Əmrulla" deyə müraciət etməmişəm, həmişə "Əmrulla müəllim" demişəm. O, iddia edir ki, guya mən onun ünvanına ədəbsiz sözlər işlətmişəm. Mənim leksikonumda belə sözlər yoxdur. Məşq zamanı səsimi qaldıranda belə, məşqdən sonra həmin adamdan üzr istəyirəm. Bunu işlədiyim bütün teatrlarının aktyorları da təsdiq edə bilərlər.

Bu işin arxasında adamlar var. İstəyirlər ki, mənim adım hallansın, Əmrullanın xəstəxanaya düşməsini mənim adıma yazsınlar. Hansı həkim təsdiqləyə bilər ki, Əmrulla mənimlə mübahisədən sonra infarkt olub? O, 6 ay da bundan əvvəl infarkt keçirə bilərdi. Şəkəri var, qaraciyəri də xəstədir. Onları da bəyəm mən etmişəm? Bu, mənə qarşı çirkin təxribatdır”.

Baş rejissor aktyorun tezliklə sağalıb səhnəyə dönməsini arzuladı: “Ona uğurlar arzulayıram. Bilirəm xəstəxana həyatı nədir. Ona təzə rol vermişəm. Deyib, eybi yox. Əmrulla ürəyi yumşaq adamdır. Onu bu işə sövq edən insanlar var. Fikirləşiblər ki, əlimizə fürsət düşüb, Sərvəri ləkələyək... Qaradan tünd rəng yoxdur. Nə qədər çamur atsalar da yapışmayacaq. Mənə qarşı çirkin kampaniya aparanların adlarını bilirəm. Məqamı gözləyirəm, vaxtı catanda mən onların adlarını daha mühüm yerlərdə açıqlayacağam”.

Qeyd edək ki, İrəvan Dövlət Azərbaycan Dram Teatrının aktyoru bir neçə gün öncə səhhətində yaranan problemlə əlaqədar xəstəxanaya yerləşdirilib. Həkimlər onun infarkt keçirdiyini bildiriblər. Aktyor açıqlamasında deyib ki, səhhətinin pisləşməsinə səbəb, teatrın baş rejissoru Sərvər Əliyevlə aralarında yaranan mübahisədir.
Bu xəbəri oxuyanlar aşağıdakı xəbərləridə oxuyub
Sabah hava necə olacaq?

14.11.2018 / 13:00
 
Xəbər lenti
                                                           
ankara escort