Nazirlikdən Tahir Əkbərin ailəsinin ittihamlarına cavab

Nazirlikdən Tahir Əkbərin ailəsinin ittihamlarına cavab


Mədəniyyət və Turizm Nazirliyi bəstəkar Tahir Əkbərin ailəsinin ittihamlarına cavab verib.

Gecce.az-ın məlumatına görə, nazirliyin informasiya və ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri Vüqar Şixəmmədov APA-ya bildirib ki, nazirlik dəfn və vida mərasimi ilə bağlı təşkilati məsələləri həyata keçirib: "Təzə Pir məscidində keçirilən vida mərasimində nazir Əbülfəs Qarayev şəxsən iştirak edib, mərhumun yaxınlarına başsağlığı verib. Dəfn üçün yerin ayrılması ilə bağlı Mədəniyyət və Turizm Nazirliyinin müraciəti əsasında Bakı Şəhəri İcra Hakimiyyəti tərəfindən müvafiq yer ayrılıb. Mərhum bəstəkarın məzarının yerinin dəyişdirilməsi yəqin ki, ailəsinin qərarı ilə olub. Tahir Əkbərin əziz xatirəsini ehtiramla yad edir və ona Allahdan rəhmət diləyirik".

Qeyd edək ki, Tahir Əkbər martın 2-də uzun sürən xəstəlikdən sonra vəfat edib. Mərhumun ailəsi onun üçün Yasamal qəbiristanlığında ayrılan yerdən razı qalmayıb, Tahir Əkbərin məzarını dəyişdirərək, onun nəşini atasının yanında dəfn edib.
Bu xəbəri oxuyanlar aşağıdakı xəbərləridə oxuyub
 
Xəbər lenti
                                                           
ankara escort