Xanəndələr təqaüdlərinin artırılmasından danışdılar: “2050 manat, yaşamaq üçün daha nə…”

Xanəndələr təqaüdlərinin artırılmasından danışdılar: “2050 manat, yaşamaq üçün daha nə…”


Xəbər verdiyimiz kimi, Prezident İlham Əliyev fərdi, xüsusi və fəxri adlara görə aylıq təqaüdlərin artırılması ilə bağlı fərman imzalayıb.

Fərmana görə, "Prezidentin fərdi təqaüdünün təsis edilməsi haqqında” 2002-ci il 11 iyun tarixli fərmanına dəyişiklik edilib. Dəyişiklik Prezidentin fərdi təqaüdünün məbləğinin martın 1-dən etibarən 1300 manatdan 1450 manatadək artırılıb.

AzNews.az fərdi, xüsusi və fəxri adlara görə aylıq təqaüdlərinin artırılması ilə bağlı sənət adamları arasında keçirdiyi sorğunu təqdim edir:

Xalq artisti Arif Babayev: “Prezident və onun xanımının sənət adamına olan qayğısı danılmazdır və faktdır. Bu qayğı həm də bütün millətimizin ürəyindəndir. Yaşlı adamlar, xanəndələr hamısı ona dua oxuyurlar. Muğam sənətinə böyük dəstək oldular. Onların bu dəstəyinin sayəsində muğamlarımız bütün dünyanı gəzir. Mən onlardan çox razıyam. Aldığm təqaüd bütün ailəmi görür, Allah bərəkət versin. 1450 manat tədaüd, 600 manat da Heydər Əliyev Fondundan alıram, 2050 manat. Yaşamaq üçün daha nə lazımdır? Dövlətimiz, prezidentimiz var olsun”.

Xalq artisti Canəli Əkbərov: “Sağ olsun, mən Prezidentə çan sağlığı arzulayıram. Prezident ömrünü Azərbaycan musiqisi, muğamları yolunda fəda edən insanların fərdi təqaüdünü artırdı. Bu, dövlət başçısının bizə olan diqqət və qayğısıdır”.

Xalq artisti Mənsum İbrahimov: “Əlbəttə, bu sevindirici haldır. Dövlət başcısı hər zaman sənət adamlarının qayğısını çəkir, onlara vaxt ayırıb, zaman-zaman təbrik edir. Prezidentə təşəkkür edirəm. Bütün təqaüdləri artan həmkarlarımı da təbrik edirəm. Alqışlayıram”.
Bu xəbəri oxuyanlar aşağıdakı xəbərləridə oxuyub
Sabah hava necə olacaq?

15.11.2018 / 15:30
 
Xəbər lenti
                                                           
ankara escort