"Zərnigar Ağakişiyeva qapalı həyat tərzi keçirirdi" - qonşuları danışdı

"Zərnigar Ağakişiyeva qapalı həyat tərzi keçirirdi" - qonşuları danışdı


Xəbər verdiyimiz kimi, xalq artisti Zərnigar Ağakişiyeva ötən gün yaşadığı mənzildə ölü tapılıb.

Gecce.az-ın məlumatına görə, milli.az-ın əməkdaşı aktrisanın yaşadığı ünvanda olub və binanın fotolarını çəkib. Bina nəzarətçisi aktrisanın evdə olub-olmadığını işıqların yanması ilə təyin etdiyini bildirib:

"Zərnigar xanım qapalı həyat tərzi keçirirdi. Biz indiyə kimi heç vaxt onun qapısına getməmişik. O, bu binanın 3-cü mərtəbəsində yaşayırdı. Evdə olub-olmamasını işıqların yanıb-sönməsi ilə təyin edirdik. Kommunal borcları da 2 ay əvvəldən ödəyirdi ki, qapısına getməyək. Dünən gördüm ki, mənzilinin işıqları yanmır. Qapısına getdik, döydük açmadı. Artıq gec idi, ürək tutmasından keçinmişdi".

Aktrisanın qonşuları da ondan xəbərsiz olublar:


"Zərnigar xanım böyük sənətkar idi. Təkcə biz bilirdik ki, o, bu binada yaşayır. Bizimlə əlaqəsi yox idi, amma yaxşı insan idi. Qış ayı olanda, demək olar ki, həyətə çıxmırdı. Həyətə çıxanda isə salamlaşıb, görüşürdü. Sənət yoldaşlarından təkcə Məleykə Əsədovanı yanına gələn görmüşük. O da axır vaxtlar gəlmirdi. Bu da, yəqin ki, Zərnigar xanımın xasiyyətindən irəli gəlirdi. O, hətta qohumlarını da evinə buraxmırdı".
Bu xəbəri oxuyanlar aşağıdakı xəbərləridə oxuyub
 
Xəbər lenti