Qara Qarayevin xatirəsinə ithaf ediləcək konsert olacaq » Gecce.Az Xəbər Portalı
Qara Qarayevin xatirəsinə ithaf ediləcək konsert olacaq

Qara Qarayevin xatirəsinə ithaf ediləcək konsert olacaq


Xalq artisti Qara Qarayevin 100 illiyi çərçivəsində M.Maqomayev adına Azərbaycan Dövlət Akademik Filarmoniyasında konsert proqramları təqdim olunacaq.

Konsertlər Mədəniyyət və Turizm Nazirliyi və Filarmoniyanın təşkilatçılığı ilə gerçəkləşəcək. İlk konsert proqramı fevralın 5-də təşkil ediləcək. Xalq Artisti Rauf Abdullayevin bədii rəhbərliyi və əməkdar incəsənət xadimi Elşad Bağırovun dirijorluğu ilə Ü.Hacıbəyli adına Azərbaycan Dövlət Simfonik Orkestri çıxış edəcək.

Növbəti konsert proqramı isə fevralın 6-da M.Maqomayev adına Azərbaycan Dövlət Akademik Filarmoniyasının nəzdində olan kamera və orqan musiqi zalında reallaşacaq. Konsert xalq artisti Teymur Göyçayevin dirijorluğu ilə Q.Qarayev adına Azərbaycan Dövlət Kamera Orkestrinin ifasında musiqilərlə müşayiət olunacaq.

Axşam.az
Bu xəbəri oxuyanlar aşağıdakı xəbərləridə oxuyub
Özcan Deniz oğlu ilə

18.08.2018 / 19:30
 
Xəbər lenti
                                                           
ankara escort