Milli qəhrəmanlarımızın döyüş yolundan bəhs edən film təqdim olunub

Milli qəhrəmanlarımızın döyüş yolundan bəhs edən film təqdim olunub

Qazaxda Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun maliyyə dəstəyi ilə “İgidlərin beşiyi elim mənim” adlı milli qəhrəmanlarımızın döyüş yolunu əks etdirən filmin təqdimatı keçirilib.

Gecce.az AZƏRTAC-a istinadən xəbər verir ki, tədbirdə rayon icra hakimiyyətinin məsul işçiləri, fəal gənclər, əsgərlər, filmdə adları çəkilən milli qəhrəmanların yaxınları, döyüş yoldaşları, idarə, təşkilat rəhbərləri və ictimaiyyət nümayəndələri iştirak ediblər.

Azərbaycan Yazçılar Birliyinin üzvü Taleh Mansur şəhidlərimizin qəhrəmanlığından bəhs edən qısametrajlı filmin gənclərimizə vətənpərvərlik hissinin aşılanmasında dəstək olduğunu bildirib.

Sonra “İgidlərin beşiyi elim mənim” adlı qısametrajlı filmi nümayiş olunub.

Rejissor Şamil Muradlı, “Avey” İdman Klubunun prezidenti Arzuman Abdulkərimov, AYB Qazax zona filalının sədri, Əməkdar İncəsənət Xadimi Barat Vüsal, “Göyəzən” qəzetinin baş redaktoru Elçin İsmayıl və başqaları çıxış edərək film haqqında fikirlərini bölüşüblər.
Bu xəbəri oxuyanlar aşağıdakı xəbərləridə oxuyub
Günün qoroskopu

22.10.2017 / 10:00
 
Xəbər lenti