“Cərrah pis günə salır, bədbəxt neyləsin?” - Amaliya

“Cərrah pis günə salır, bədbəxt neyləsin?” - Amaliya


“Hansısa yerdə şəklimi çəkirlər, fotoşop edirlər. Mən onları məhkəməyə verim? Nə edim? Gedib bədbaxt olacaqlar. Bunu istəmirəm, baş qoşmuram”.

Bu sözləri xalq artisti Amaliya Pənahova “Günə son” verilişinə müsahibəsində deyib. Məşhur aktrisa uğursuz estetik əməliyyatı barədə danışıb:

“Məgər dişlərini düzəltdirənə deyirsən ki, niyə belə edirsən? Sən nə ixtiyarla mənə söyləyirsən ki, sifətim belədir? Bəyənmirsənsə, baxma. Mənə dərs keçəcəksən, həyatı öyrədəcəksən? Sən kimsən? Gülməlidirlər, onların özləri özlərini alçaldırlar. Mən gündəmdəyəm, bu xoşbəxtlikdir. Məni gənc qızlarla bir arada qoyurlarsa, deməli, xoşbəxtəm.

Heç kəs özünü gülünc vəziyyətə salmaq istəmir. Olanda olur. Günah onu bu vəziyyətə salanındır. Moskavada görürük ki, cərrahlar insanı nə hala salırlar. İstəyirlər ki, estetik görünüşü yaxşı olsun. Amma cərrah onu pis günə salır, bu bədbəxt də neyləsin? O da üzdə olan insandır. Sizlər üçün edir”



“Qafqazinfo”
Bu xəbəri oxuyanlar aşağıdakı xəbərləridə oxuyub
 
Xəbər lenti