Rəhmanla Rəmiş arasında dava böyüyür: "Küsülülük arvada yaraşar"

Rəhmanla Rəmiş arasında dava böyüyür: "Küsülülük arvada yaraşar"


Tanınmış gitara ifaçısı Rəhman Məmmədli ilə həmkarı, xalq artisti Rəmiş arasında soyuq müharibə hələ də davam edir.

Yeniçag.az-a açıqlama verən gitara ifaçısı Rəmişin özündən yaşca kiçik sənətkarlara qarşı qısqanclığından danışıb:

“Konsertimə gəlmədiyi üçün aramızda yaranan soyuqluq bu gün də davam edir. Ağsaqqal bilib, onun evinə qədər getdim. Amma o məni saymadı, sözümü yerə saldı. Küsülülük arvada yaraşar. Mən küsmədim, amma xətrimə dəydi. Hələ də münasibətimiz yoxdur. Ondan özümə qarşı barışıq addımı gözləmirəm, çünki ağsaqqaldır. Özüm də daha addım atmağı düşünmürəm. Bu addımların sayı çox oldu. Respublikada onun haqqında məndən yüksək fikir söyləyən yoxdur. Mən həmişə gözləyirəm ki, o efirdə mənim də adımı çəksin, sənətimdən danışsın. Ən azı desin ki, bizdən sonra da sənətkarlar yetişir, onlardan biri də Rəhmandır. Amma bunu demir. Qoy cavab versin ki, niyə adımı çəkmir? Bunun bir adı var – qısqanclıq. Gitara Rəmişlə, Rəhmanla bitmir ki… Bizdən sonra da sənətkarlar yetişir, hər kəsin haqqıdır ki, onların da adını çəkilsin”.
Bu xəbəri oxuyanlar aşağıdakı xəbərləridə oxuyub
 
Xəbər lenti