Könül Xasıyeva bu gün xəstəxanaya yerləşdirilir

Könül Xasıyeva bu gün xəstəxanaya yerləşdirilir


Xalq artisti Könül Xasıyeva bu gün xəstəxanaya yerləşdiriləcək.

Bu haqda Axşam.az-a açıqlamasında xanəndə özü deyib. O bildirib ki, son günlər ağrıları daha da çoxalıb:

“Respublika Müalicəvi Diaqnostika Mərkəzinə yerləşdiriləcəm. Həkimlər hələ 14 gün müalicə almalı olduğumu deyiblər. Əgər lazım gəlsə, daha çox qalacam. Son günlər ağrılarım da çoxalıb. Bayramın bitməyini gözləyirdim ki, xəstyəxanaya gedim”.

K.Xasıyeva birinci vitse-prezident Mehriban Əliyevanın ona bağışladığı evə köçdüyünü deyib:

“Yeni menzilimə bir müddətdir köçmüşəm. Yeni ili də evimdə qarşıladım”.

Qeyd edək ki, müğənni uzun müddətdir onurğa iflicindən əziyyət çəkir.
Bu xəbəri oxuyanlar aşağıdakı xəbərləridə oxuyub
 
Xəbər lenti