“Xalqın şairi” qələm əhlinə səsləndi: “Təhqir etməyin!”

“Xalqın şairi” qələm əhlinə səsləndi: “Təhqir etməyin!”


ARB TV-də yayımlanan "Xalqın şairi" layihəsinin rəhbərliyi müsabiqə iştirakçıları olan yazarlara müraciət edib.

Layihənin facebook sosial şəbəkəsində fəaliyyət göstərən rəsmi səhifəsində paylaşılan müraciətdə deyilir:

""Xalqın şairi" layihəsinin artıq yarımfinal mərhələsi arxada qaldı. Qarşıda Novruz bayramı ərəfəsində Final mərhələsi baş tutacaq. Bu günə kimi iştirak edən hər bir qələm əhlinə təşəkkür edirik və uğurlar arzu edirik. Çox sağ olun. Bu layihənin ədəbi mühitdə müsbət təkana səbəb olduğuna inanırıq.

Artıq dərəcədə xahiş edirik, heç kimi təhqir etməyin! Axı siz ziyalı təbəqənin nümayəndəsi hesab olunursunuz. Turdan tura keçəndə münsiflər ədalətli olurdu, keçməyəndə ədalətsiz? Vaxt gələr, belə yarışmaların sayı çoxalar və Sizdə nə vaxtsa münsif olarsınız. O zaman bu günki münsifləri anlayarsınız.

Biz layihə ərzində, efirə yararlı, etik normaları aşmayan bütün kadrları vermişik, hər iradınızı tamaşaçıya çatdırmışıq. Unutmayın, bu, TV məkanda ilk böyük maştablı yarış idi.

Hər yarışda udan və uduzan olur. Bu yarışda isə qalib fərd yox, poeziyamız olacaq.

Hər birinizə iştirakınıza görə təşəkkür edirik. Qarşıdan gələn Həmrəylik gününüz mübarək!"

Qeyd edək ki, tanımış teleaparıcı, əməkdar jurnalist Mübariz Əsgərovun rəhbəri və aparıcısı olduğu "Xalqın şairi" telelayihəsi efirə çıxdığı gündən birmənalı qarşılanmayıb. Layihənin bəzi məqamları sosial şəbəkələrdə ​geniş müzakirələrə səbəb olub və bu haqda söz-söhbət hələ də səngimək bilmir.

“Xalqın şairi” qələm əhlinə səsləndi: “Təhqir etməyin!”


AzNews.az
Bu xəbəri oxuyanlar aşağıdakı xəbərləridə oxuyub
 
Xəbər lenti