"Ailəsinin ona baş çəkməyə imkanı yoxdur" - Fədayə Laçının vəkili danışdı

"Ailəsinin ona baş çəkməyə imkanı yoxdur" - Fədayə Laçının vəkili danışdı


"Qoca" ləqəbli kriminal avtoritet, cinayətkarın həbsxanadan qaçmasında təqsirli bilinərək həbs edilən tanınmış müğənni Fədayə Laçınla bağlı onun vəkili Türkel Süleymanlı danışıb.

Bu barədə BiG.AZ-a danışan Türkel Süleymanlı müğənninin səhhətinin qənaətbəxş olduğunu, ailəsinin isə onunla görüşmək imkanının olmadığını bildirib: "Xalq artistləri, müğənnilər Aftandil İsrafilov, Nazpəri Dostəliyeva, Alim Qasımov, Zaur Rzayev və s kimi məhşurlar prezdentə müraciət etdilər. Ümidvarıq ki, bu müraciətlər nəzərə alınar. Çünki Fədayə Laçın çox ağır həyat yolu keçib. Tək başına uşaq böyüdüb. Bu hadisəyə qədər də Fədayə Laçının adı heç bir kriminal olaylarda çəkilməyib. Məşhurlar onun yaxşı insan olduğu üçün prezdentə bu cür müraciət etdilər.

İstintaq bir aydır davam edir. Hələ ki, azadlığa buraxılmağı barədə söz gedə bilməz. Fədayə Laçının indiki vəziyyəti qənaətbəxşdir. Onun haqqında çıxan "özünü öldürdü" xəbəri Fədayə xanımı çox üzdü. Hepatit xəstəliyindən əziyyət çəkir. Azərbaycanda və İranda müalicə olunub. Həbs olunduqdan sonra təbii ki, türmə şəraitində sağlamlığına baxır. Ailəsinin ona baş çəkməyə imkanı yoxdur. Qanun çərçivəsində Fədayə Laçınla telefon əlaqəsi saxlayırlar".
Bu xəbəri oxuyanlar aşağıdakı xəbərləridə oxuyub
Sabah yağış yağacaq

13.12.2018 / 16:30
Sabah hava necə olacaq?

12.12.2018 / 14:00
 
Xəbər lenti
                                                           
ankara escort izmir escort