Daşkənddə “Müasir özbək və Azərbaycan poeziyasının xüsusiyyətləri” kitabı nəşr ediləcək

Daşkənddə “Müasir özbək və Azərbaycan poeziyasının xüsusiyyətləri” kitabı nəşr ediləcək

Azərbaycanın Özbəkistandakı səfirliyi nəzdindəki Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin təşəbbüsü və maliyyə dəstəyi ilə Daşkənddə “Müasir özbək və Azərbaycan poeziyasının xüsusiyyətləri” adlı elmi-populyar kitab nəşr ediləcək.

Gecce.az AZERTAC-a istinadən xəbər verir ki, kitabın tərtibçisi Nizami Gəncəvi adına Daşkənd Dövlət Pedaqoji Universitetinin professoru Səadət Muxammedovadır.

Nəşr “Müasir özbək poeziyasının xüsusiyyətləri” və “Müasir Azərbaycan poeziyasının xüsusiyyətləri” adlı bölmələrdən ibarətdir. Kitabda müasir özbək və Azərbaycan poeziyasından nümunələr təhlil ediləcək, özbək və Azərbaycan şairlərinin orijinalda və özbək dilində şeirləri yer alacaq.

Nəşrdə özbək alimləri Səadət Muxammedova, Marquba Mirqasımova, Nəsibə Jumaniyazova, Babaxan Şərif, Nafosat Urakova və Azərbaycan alimləri Almaz Ülvi, Yaşar Qasımov, Təranə Həşimova və Əsad Cahangirin məqalələri də əksini tapacaq.

Kitabdakı məqalələr özbək, Azərbaycan və rus dillərindədir.
Bu xəbəri oxuyanlar aşağıdakı xəbərləridə oxuyub
 
Xəbər lenti