Azərbaycanlı rəssamın Romada sərgisi açılacaq

Azərbaycanlı rəssamın Romada sərgisi açılacaq

Fevralın 9-da Roma Müasir İncəsənət Muzeyində azərbaycanlı rəssam Faiq Əhmədin “Dərk etmə nöqtələri” adlı fərdi sərgisi açılacaq.

Gecce.az AZERTAC-a istinadən xəbər verir ki sərgidə sənətkarın müxtəlif mövzulu sənət əsərləri sərgilənəcək. Faiq Əhməd Azərbaycan xalçalarının zəngin naxışlarını və dizaynlarını öyrənir, milli mədəniyyətə və rəssamlıq ənənələrinə əsaslanaraq, nadir və müasir məhsullar yaradır. Bundan istifadə edərək Faiq Əhməd xalçaların məşhur dizaynını müasir əsərlərə çevirir.

Qeyd edək ki, gənc rəssam Azərbaycan Dövlət Rəssamlıq Akademiyasının heykəltəraşlıq fakültəsinin məzunu, 52-ci Venesiya Biennalesinin, Paris, London, Berlin, Moskva, Dubayda keçirilən beynəlxalq sərgi və festivalların iştirakçısıdır. Faiq Əhmədin işləri incəsənət tənqidçilərinin rəğbətini qazanıb, onun xalçalarından biri bu yaxınlarda Londonda “Sotheby's” hərracına çıxarılıb.
Bu xəbəri oxuyanlar aşağıdakı xəbərləridə oxuyub
 
Xəbər lenti