Səttar Bəhlulzadənin yaradıcılığına dair yeni kataloq çap olunub

Səttar Bəhlulzadənin yaradıcılığına dair yeni kataloq çap olunub

Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyi Səttar Bəhlulzadənin ev-muzeyi tərəfindən “Səttar Bəhlulzadənin karikaturaları (“Kommunist” qəzetinin materialları əsasında)” adlı kataloq hazırlanıb çap edilmişdir. Kataloqun tərtibatçısı və giriş sözünün müəllifi muzeyin baş mühafizi, sənətşünaslıq üzrə fəlsəfə doktoru Pərzad Abdinovadır.

Gecce.az Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyinə istinadən xəbər verir ki, Səttar Bəhlulzadənin ev-muzeyi tərəfindən “Səttar Bəhlulzadənin karikaturaları (“Kommunist” qəzetinin materialları əsasında)” adlı kataloq hazırlanıb çap edilmişdir. Kataloqun tərtibatçısı və giriş sözünün müəllifi muzeyin baş mühafizi, sənətşünaslıq üzrə fəlsəfə doktoru Pərzad Abdinovadır.

Azərbaycanın Xalq rəssamı Səttar Bəhlulzadənin yaradıcılığının araşdırılması sənətsevərləri yeni-yeni kəşflərlə sevindirir. Azərbaycan təsviri sənətində lirik mənzərə janrının yaradıcısı, mahir mənzərə və natürmortlar ustası kimi tanınan Səttar Bəhlulzadə XX əsrin 30-cu illərində respublikanın aparıcı dövrü nəşri olan “Kommunist” qəzetində çalışmışdır. Azərbaycanın məşhur rəssamı Əziz Əzimzadənin tövsiyəsi və köməyi ilə qəzetə işə qəbul olunan gənc Səttar orijinal karikaturlar yaratmışdır. Respublikanın kitabxana və arxivlərində aparılmış araşdırmalar nəticəsində aşkar edilən karikaturalar sovet dövründə Azərbaycanda mövcud olmuş əksiklik və çatışmazlıqları əyani şəkildə nümayiş etdirir, cəmiyyəti onlarla mübarizəyə səsləyirdi.

Kataloqda rəssamın çəkdiyi 50-ə yaxın karikatura çap olunmuş, şəkilaltı yazılar 30-cu ildə tətbiq edilmiş azərbaycan türkcəsinin orfoqrafiyası saxlanılmaqla verilmişdir. Kataloq rəssamın həyat yolunun başlanğıcında yaradıcılıq axtarışlarını nümayiş etdirməklə bərabər, cəmiyyətdə mövcud olan əyrintilərlə Səttarın mübarizə apamaq əzmində olmasını nümayiş etdirir.

Bu yaxınlarda rəssamlar, sənətşünaslar, kütləvi informasiya vasitələrinin nümayəndələrinin iştirakı ilə kataloqun təqdimat mərasimi keçiriləcək. Azərbaycanın Xalq rəssamı Səttar Bəhlulzadənin yaradıcılığının araşdırılması sənətsevərləri yeni-yeni kəşflərlə sevindirir. Azərbaycan təsviri sənətində lirik mənzərə janrının yaradıcısı, mahir mənzərə və natürmortlar ustası kimi tanınan Səttar Bəhlulzadə XX əsrin 30-cu illərində respublikanın aparıcı dövrü nəşri olan “Kommunist” qəzetində çalışmışdır. Azərbaycanın məşhur rəssamı Əziz Əzimzadənin tövsiyəsi və köməyi ilə qəzetə işə qəbul olunan gənc Səttar orijinal karikaturlar yaratmışdır. Respublikanın kitabxana və arxivlərində aparılmış araşdırmalar nəticəsində aşkar edilən karikaturalar sovet dövründə Azərbaycanda mövcud olmuş əksiklik və çatışmazlıqları əyani şəkildə nümayiş etdirir, cəmiyyəti onlarla mübarizəyə səsləyirdi.

Kataloqda rəssamın çəkdiyi 50-ə yaxın karikatura çap olunmuş, şəkilaltı yazılar 30-cu ildə tətbiq edilmiş azərbaycan türkcəsinin orfoqrafiyası saxlanılmaqla verilmişdir. Kataloq rəssamın həyat yolunun başlanğıcında yaradıcılıq axtarışlarını nümayiş etdirməklə bərabər, cəmiyyətdə mövcud olan əyrintilərlə Səttarın mübarizə apamaq əzmində olmasını nümayiş etdirir.

Bu yaxınlarda rəssamlar, sənətşünaslar, kütləvi informasiya vasitələrinin nümayəndələrinin iştirakı ilə kataloqun təqdimat mərasimi keçiriləcək.
Bu xəbəri oxuyanlar aşağıdakı xəbərləridə oxuyub
 
Xəbər lenti