"Həyat yoldaşım qızıllarımı oğurladı" - Əməkdar artistdən ŞOK AÇIQLAMA - FOTO

"Həyat yoldaşım qızıllarımı oğurladı" - Əməkdar artistdən ŞOK AÇIQLAMA - FOTO


ARB telekanalnda yayımlanan "Səhər-Səhər" verilişinin qonaqlarından biri əməkdar artist, xanım diktor Natəvan Hacıyeva olub.

Aparıcı Elgiz xanım diktora "Xəyanəti bağışlamaq olar?" sualı ilə müraciət edib. Natəvan xanımın aparıcının sualına verdiyi cavabı təqdim edirik:

"Mən valideynlərimin sözünə qulaq asmadım. Mənim üçün 4 dəfə toy çalınıb. Amma 1 ildən sonra ayrıldım. Bu da çox maraqlı ayrılıq oldu. Bir dəfə növbətçi idim, gecə 1 idi gəldim evə. Mənim üçün verilən qızılların qoyulduğu qabı elə bil ki, kimsə dedi aç. Açdım ki, boşdur. Qızıllar yox idi içində.

Yoldaşımdan soruşdum ki, "Qızıllar haradadır?", "Göyə uçdu" dedi. Heç nə demədim. Sonra başa düşdüm ki, o, özü oğurlayıb. Elçilərim çox olub, amma bilərəkdən ki, onunla yaxşı olmayacaq, ərə getdim.Qismət! Elə bil ki, məni ovsunladı. Səhər 1 yaşlı qızımı da götürüb, səssiz-səmirsiz, "Biz belə yaşaya bilmərik. Sağol!" deyib, hökümətin mənə verdiyi evə köçdüm. Sonra qızıma görə ikinci dəfə ailə həyatı qurmadım. İstəyən çox oldu, amma ailə qurmadım".

Milli.Az

"Həyat yoldaşım qızıllarımı oğurladı" - Əməkdar artistdən ŞOK AÇIQLAMA - FOTO

"Həyat yoldaşım qızıllarımı oğurladı" - Əməkdar artistdən ŞOK AÇIQLAMA - FOTO

"Həyat yoldaşım qızıllarımı oğurladı" - Əməkdar artistdən ŞOK AÇIQLAMA - FOTO
Bu xəbəri oxuyanlar aşağıdakı xəbərləridə oxuyub
Günün qoroskopu

17.01.2018 / 09:00
 
Xəbər lenti