Rafiq Hüseynovun cənazəsi Bakıya gətirildi - Fotolar

Rafiq Hüseynovun cənazəsi Bakıya gətirildi - Fotolar


Xalq artisti, diktor Rafiq Hüseynovun nəşi Azərbaycana gətirilib.


Gecce.az-ın APA-ya istinadən məlumatına görə, xalq artistinin cənazəsini Almaniyadan gətirən təyyarə Heydər Əliyev Beynəlxalq Aeroportuna enib.

Cənazəni mərhum diktorun ailə üzvləri, qohumları, sənət yoldaşları qarşılayıblar.

Qeyd edək ki, xalq artisti ilə vida mərasimi noyabrın 3-də Rəşid Behbudov adına Dövlət Mahnı Teatrında saat 10:00-dan 12:00-dək keçiriləcək. O, Yasamal qəbiristanlığında dəfn olunacaq. Rafiq Hüseynovun yas mərasimi isə Heydər Məscidində keçiriləcək.

Xatırladaq ki, Rafiq Hüseynov Almaniyanın Düsseldorf şəhərindəki klinikalardan birində oktyabrın 26-da dünyasını dəyişib. O, xərçəng xəstəliyindən əziyyət çəkirdi.

Rafiq Hüseynovun cənazəsi Bakıya gətirildi - Fotolar

Rafiq Hüseynovun cənazəsi Bakıya gətirildi - Fotolar

Rafiq Hüseynovun cənazəsi Bakıya gətirildi - Fotolar

Rafiq Hüseynovun cənazəsi Bakıya gətirildi - Fotolar
Bu xəbəri oxuyanlar aşağıdakı xəbərləridə oxuyub
Günün qoroskopu

25.11.2017 / 09:30
 
Xəbər lenti