"Bilir ki, daha onu parlamentə seçməyəcəklər, gediş edir" - Flora Kərimova Zeynəb Xanlarova haqda

"Bilir ki, daha onu parlamentə seçməyəcəklər, gediş edir" - Flora Kərimova Zeynəb Xanlarova haqda


Millət vəkili Zeynəb Xanlarovanın səhhətində problem yaranması xəbərindən sonra Flora Kərimovanın bu məlumatlara münasibəti maraq doğururdu.


Gecce.az xəbər verir ki, Xalq artisti Flora Kərimova cebhe.info-ya açıqlamasında Z.Xanlarovaya cansağlığı arzuladığını deyib.

Bununla belə ona olan mövqeyinin dəyişmədiyini vurğulayıb:

"Mən ikiüzlü adam deyiləm ki, bir sözü deyim, sonra o, xəstədir deyə sözümdən dönəm. Allah şəfa versin, ona qıymasın. Çünki o, anadır, nənədir, heç kimə xəstəlik, ölüm arzulamıram. Arzu edirəm ki o, özündən başqa heç kimə möhtac olmasın. Mən bir insan kimi ona bir şey olmağına qıymaram. Lakin bir müğənni, siyasət adamı kimi ona hörmətim yoxdur. Məncə o, xəstə deyil, bu, bir gedişdir.

Növbəti parlament seçkilərində onu seçməyəcəklər. İndidən elə edir ki, mən xəstəyəm, daha deputat ola bilmərəm. Biz bu biclikləri bilirik. Bəlkə mən bu dünyanı Zeynəbdən əvvəl tərk etdim. Amma önəmli olan odur ki, sən bu dünyadan gedəndə nə iz qoyub gedirsən? Sənə Allah verə-verə gözdən saldı. Nüfuzunu əlindən aldı. Sən bu millətin övladı ola bilmədin. Barmağını qatla ki, kiməsə yaxşılıq etmisən. Heç bir yaxşılıq da etməmisən".
Bu xəbəri oxuyanlar aşağıdakı xəbərləridə oxuyub
 
Xəbər lenti