"Rafiqin ölümü məni sarsıtdı" - Şərqiyyə Hüseynova

"Rafiqin ölümü məni sarsıtdı" - Şərqiyyə Hüseynova


“Çox pisəm, sanki ən yaxın adamımı itirmişəm”.

Bunu AzNews.az-a açıqlamasında xalq artisti Şərqiyyə Hüseynova tanınmış diktor, xalq artisti mərhum Rafiq Hüseynovla bağlı xatirələrini danışarkən deyib. O, bildirib ki, qızının vəfatından sonra heç bir ölüm ona bu qədər təsir etməyib:

“Rafiq mənim üçün əziz insan idi. Onunla tanış olanda artıq püxtələşmiş diktor idi. Biz ailəvi yaxın idik, xeyirdə-şərdə bir-birimizin yanında olmuşuq. Başıma gələn bədbəxt hadisədən sonra məni heç bir ölüm təəccübləndirmirdi. Ancaq Rafiqin ölümü məni gerçəkdən sarsıtdı. Özümü ələ ala bilmirəm, ağır məqamdır. Biz ondan çox şey öyrənmişik. Təəssüf ki, belə bir insanı itirdik”.

Şərqiyyə Hüseynova qeyd edib ki, Birinci vitse-prezident Mehriban xanım Əliyevanın qayğısı sayəsində Rafiq Hüseynova yüksək səviyyədə diqqət var idi: "Mən Türkiyədə onun yanında idim. Bakıya gələndən sonra bir neçə xəstəxanada müalicə olundu. Amma xəstəlik güc gəldi. Rafiq çox zəif idi. Almaniya həkimləri onun xəstəliyinin öhdəsindən gələ bilmədilər”.

Qeyd edək ki, xalq artisti Rafiq Hüseynov oktyabrın 26-da Almaniyada dünyasını dəyişib. Diktor ağciyər xərçəngindən əziyyət çəkirdi.
Bu xəbəri oxuyanlar aşağıdakı xəbərləridə oxuyub
 
Xəbər lenti