ATV-də yeni QALMAQAL: Yeni vitse-prezident tutduğu vəzifələrdən imtina etdi

ATV-də yeni QALMAQAL: Yeni vitse-prezident tutduğu vəzifələrdən imtina etdi


Bu yaxınlarda "Azad Azərbaycan” müstəqil Teleradio Kompaniyasının (ATV) vitse-prezidenti təyin olunan Fuad Cabbarov vəzifəsindən imtina edib.

Gecce.az "Ölkə.Az”a istinadən xəbər verir ki, buna səbəb Fuad Cabbarovla ATV-nin yeni prezidenti Azər Xəlilov arasında yaranan fikir ayrılığıdır.

Fuad Cabbarov ATV-yə vitse-prezident təyin olunandan sonra cəmi bir neçə gün işə çıxıb. ATV-də idarəetmə məsələləri ilə bağlı Azər Xəlilovla Fuad Cabbarov arasında fikir ayrılığı yarandığı üçün vitse-prezident ona həvalə olunan vəzifədən könüllü şəkildə imtina edib.

Əldə etdiyimiz məlumata görə, ATV-nin digər yeni vitse-prezidenti Lamiyə Ələkbərova da naməlum səbəblərdən işə çıxmır.
Hazırda Fuad Cabbarov və Lamiyə Ələkbərovanın vəzifələrini Azər Xəlilovun gətirdiyi iki ayrı şəxs icra edir.

Xatırladaq ki, ötən ay "ATV”-də rəhbərliyin dəyişilməsindən sonra vitse-prezident vəzifəsini icra edən, telekanalın eks-prezidenti Vüqar Qaradağlının qaynı Rauf Dadaşov da işdən çıxarılıb. Onların yerinə isə yeni şəxslər təyin edilib.
Bu xəbəri oxuyanlar aşağıdakı xəbərləridə oxuyub
 
Xəbər lenti