"Toya getmirəm, bizneslə qazanıram" - Aygün Bəylər

"Toya getmirəm, bizneslə qazanıram" - Aygün Bəylər


"Allah həmişə yaxşı adamları ətrafımda bol eləyir. Əgər bir tərəfdən çətinlik olursa, qarşımda başqa yerdən qapı açılır".

Bu sözləri əməkdar artist Aygün Bəylər "Günə davam" verilişində deyib.

Muğam ifaçısı artıq toy məclislərinə getmədiyini bildirib:

"Dostlarım toylara getmədiyimi bilir. Ağıllı adamlar qazanc üçün başqa yollar tapır. Əvəllər pul qazanmaq üçün şərait az idi, indi çoxdur. Bir il toydan qazandığın pulu gözəl layihədən əldə etmək olur. Bir layihəni bütün dünyada tanıdırsan və qazanırsan. Toya getməsəm də, özümə kiçik bizneslər yaradıram.

Mənim musiqi ilə bağlı fikirlərim ciddidir. Düzdür, pul lazımdır, amma mən simfonik əsərlər yazmaq istəyirəm".

A.Bəylər son vaxtlar yeni mahnılar oxumamasının səbəbini açıqlayıb:

"Hər şey o qədər çoxalıb ki, əsl sənətkar özünə başqa məkan axtarmağa başlayır. Orada özümə aid olan sənətim, dünyam, dostlarım var. Sənətkar cəmiyyətdən uzaqlaşır".

Müğənni imicini tez-tez dəyişməsinə də aydınlıq gətirib:

"Hamı necə istədisə, elə oldum. Amma sonra gördüm alınmır. İndi özümü necə göstərmək istəyirəmsə, eləyəm".

Axşam.az
Bu xəbəri oxuyanlar aşağıdakı xəbərləridə oxuyub
Günün qoroskopu

25.11.2017 / 09:30
 
Xəbər lenti