Sultan Süleymanın dəli-divanə olduğu Hürrəmə EŞQ MƏKTUBU: "Müsəlman olmayan gözəl sevgilim..."

Sultan Süleymanın dəli-divanə olduğu Hürrəmə EŞQ MƏKTUBU: "Müsəlman olmayan gözəl sevgilim..."


Dünyanı sevgi idarə edir və bu faktı nə taxt, nə status, nə zaman, nə də proqressiv rəqəmli texnologiyalar əsri dəyişdirməyəcək. Böyük hökmdarların dərdindən dəli-divanə olduğu qadınlara yazdığı eşq məktubları bir daha təsdiq edir ki, hamımız sevginin aciz qullarıyıq...

Hökmdarların taleyini taxt-tax idarə edir, amma ürəyin SEVGİdən başqa hökmdarı ola bilməz. Məsələn, tarixdə ən ali hissləri naminə irsən keçən taxtdan imtina edən və öz həyatını sevgililərin ayaqları altına atan çoxlu sayda monarxları nümunə çəkmək olar.

Sevdiyi qadına hisslərini kişilər müxtəlif cür bildirir. Sevginin ən gözəl ifadə vasitələrindən biri də şeirdir. Dünya şöhrətli hökmdarların arzusunda olduğu qadınlara nə hiss etdiklərini ancaq tarixi məktublardan öyrənmək olar.

Sultan Süleyman Qanuni həzrətləri Muhibbi ləqəbi ilə divan yazıb. O, bütün eşq lirikasını öz sevimlisi Hürrəm Sultana həsr edib.

Sultan Süleymanının kənizi Hürrəmlə yaşadığı inanılmaz məhəbbət tarixçəsi - ehtiras və xəyanət, soyuq qisas və qanlı mübarizə, xoşbəxtlik və məyusluqla dolu idi. Təsadüfi deyil ki, bu cütlük haqqında çəkilən "Möhtəşəm 100 il" adlı tarixi serialı dünyada izlənmə sayına görə rekord qırıb.

Yeri gəlmişkən qeyd edək ki, Sultan Süleyman hakimiyyəti dövründə balacaboylu xoxol qızından başqa yatağına nadir hallarda əlavə qadın salıb və ömrü boyu ona sadiq olmağa çalışıb. Hətta Hürrəm Sultan öldükdə sultan hər kəsin qarşısında göz yaşlarını belə gizlətməyib.
Şeirləri
Mənim birlikdə olduğum, sevgilim, parıldayan ayım,
Can dostum, ən yaxınım, gözəllərin şahı, sultanım.
Həyatımın, ömrümün səbəbi Cənnətim, Kövsər şərabım
Baharım, sevincim, günlərimin mənası, könlümə nəxş edilmiş rəsm kimi sevgilim,
Mənim gülən gülüm,
Sevinc mənbəyim, içimdəki ləzzət, əyləncəli məclisim, nurlu parlaq işığım, məşəlim.
Naringim, narım, portağalım, mənim gecələrim, vüsal otağımın işığı,
Nabatım, şəkərim, xəzinəm, cahanda heç korlanmayan, əl dəyilməmiş sevgilim.
Könlümdəki Misirin Sultanı, Həzrəti Yusifim, varlığımın mənası,
İstanbulum, Karamanım, Bütün Anadolu və Rum ölkəsindəki diyara bədəl, əzizim.
Dəyərli lal mədəninin çıxdığı yer olan Bedahşanım və Qıpçağım, Bağdadım, Xorasanım.
Gözəl saçlım, ox qaşlım, gözləri par-par fitnələr qoparan, əzizim, xəstəyəm!
Əgər ölsəm, mənim günahım sənin boynunadır, çünki sən məni üzərək qanıma girdin, mənə imdad et, ey müsəlman olmayan gözəl sevgilim.
Qapında, davamlı olaraq səni mədh edərəm, səni tərifləyərəm, sanki həmişə tərifləmək üçün yaradılmışam kimi.
Ürəyim qəm ilə, gözlərim yaşla dolu, mən Muhibbiyəm, sevgi adamıyam, mənə bir şeylər oldu, sərxoş kimiyəm. Bir xoş hala gəldim.
***
Ey mənim gülən üzüm, sevgilim.
Sənin gözəlliyin dünyaya dedi-qodudur.
Bu nə gözəllik, bu nə üz, bu nə güldür?
Görəsən, saçın ənbəri görüb mis qoxulu olub?
Bu nə saç, bu nə kəkil, bu nə tel?
Ağlım saçının qoxusu ilə doludur,
Bu, necə gözəl qoxudur, bu, necə ətirşahdır, bu, necə də xoşdur
Göz yaşlarım dalğalanıb, daşıb başımdan aşdı,
Bu, nə dəniz, bu, nə çay, nə şəlalədir?
Muhibbi qəflətən divanə oldu.
Bu, nə eşqdir, bu, nə dərddir, bu, nə vərdişdir... (publika.az)
Bu xəbəri oxuyanlar aşağıdakı xəbərləridə oxuyub
Günün qoroskopu

25.11.2017 / 09:30
 
Xəbər lenti