Lamiyə Ələkbərovaya ATV-də vəzifə verildi

Lamiyə Ələkbərovaya ATV-də vəzifə verildi


Tanınmış teleaparıcı Lamiyə Ələkbərovaya “Azad Azərbaycan” müstəqil Teleradio Kompaniyasında (ATV) vəzifə verilib.

Gecce.az-ın “Primetime.az”a istinadən verdiyi məlumata görə, teleaparıcı kanalın yaradıcılıq üzrə rəhbəri təyin olunub. O, ATV-dəki vəzifəsinin icrasına bu gündən başlayacaq.

Xəbəri təsdiq etmək üçün L.Ələkbərova ilə əlaqə saxlamaq mümkün olmayıb.

Qeyd edək ki, 11 il AzTV, 11 il isə Lider TV-də çalışan Lamiyə Ələkbərova bir müddət öncə İctimai Tv-nin musiqi-əyləncə və xüsusi layihələr departamentinin rəhbəri vəzifəsinə təyin edilmişdi.
Bu xəbəri oxuyanlar aşağıdakı xəbərləridə oxuyub
 
Xəbər lenti