"Space"in prezidenti mükafatlandırıldı - 2 min manat

"Space"in prezidenti mükafatlandırıldı - 2 min manat


Azərbaycan Respublikası Kinematoqrafçılar İttifaqı 2 Avqust Milli Kino Günü ilə əlaqədar “Milli Kino Mükafatı”nın sahibini açıqlayıb.

İttifaqın mətbuat xidmətinin rəhbəri Əli Vəliyevin Axşam.az-a verdiyi məlumata görə, sözü gedən mükafat xalq artisti, kinorejissor, “Space” telekanalının rəhbəri Vaqif Mustafayevə təqdim olunub.

Rejissor Azərbaycan kinosunda xidmətlərinə görə 2000 manat mükafata layiq görülüb.

Mükafat 2 Avqust Milli Kino Günü ilə əlaqədar Mədəniyyət və Turizm Nazirliyinin Nizami Kino Mərkəzində keçiriləcək təntənəli tədbirində Vaqif Mustafayevə təqdim ediləcək.

Qeyd edək ki, Azərbaycan Respublikası Kinematoqrafçılar İttifaqının sədri xalq artisti Şəfiqə Məmmədovadır.
Bu xəbəri oxuyanlar aşağıdakı xəbərləridə oxuyub
 
Xəbər lenti