Nisə Qasımova rejissorluğa başlayır - "Söz vermişəm ki..."

Nisə Qasımova rejissorluğa başlayır - "Söz vermişəm ki..."


"Tez-tez sual verirlər ki, niyə filmə, seriala çəkilmirsən? Hansı filmə, seriala çəkilim ki? Heç birində reallıqları görmürəm. Yerli seriallarımızı görəndə kanalı çevirirəm".

Bu sözləri Xalq artisti Nisə Qasımova söyləyib. O, bundan sonra özünü rejissor kimi sınayacağını da bildirib:

“Yalandır dünyam”ı Qara Dərvişlə rok versiyasında oxumuşam. Klipi özüm çəkəcəm. Rejissorluq və prodüserlik edəcəm. Söz vermişəm ki, özüm rejissorluq edəcəm. Kliplərimin heç birindən xoşum gəlmir. 50, 100 min pul xərcləyib klip çəkirlər, hamısı pis gündə. Gələcəkdə rejissor kimi özümü göstərəcəm və orada demək istədiyimi əks etdirəcəm". // Axsam.az
Bu xəbəri oxuyanlar aşağıdakı xəbərləridə oxuyub
 
Xəbər lenti