Bir ay öncə qızı olan məşhur müğənni öldü

Bir ay öncə qızı olan məşhur müğənni öldü


İfaçı Azərbaycanda da çox sevilib

Bir ay öncə beyin qanaması diaqnozu ilə reanimasiyaya yerləşdirilən Azərbaycanda da çox sevilən, məşhur türkiyəli müğənni İbrahim Erkal vəfat etdi. Bir neçə gün öncə beyin ölümü gerçəkləşən ifaçının ürəyi də dayanıb.Müğənninin ölüm xəbərini müalicə edildiyi xəstəxananın baş həkimi açıqlayıb.

İfaçının ölüm xəbərini alan ölkə prezidenti Rəcəb Tayyib Ərdoğan da onun həyat yoldaşına zəng edərək başsağlığı verib.

İ.Erkalın həyat yoldaşının əmisi, bələdiyyə başçısı olan Hasan Akgün dəfn mərasiminin sabah baş tutacağını deyib. İfaçı Karacaahmet məzarlığında torpağa tapşırılacaq.

Ölümündən bir neçə gün öncə məşhur müğənni qız atası olmuşdu. Dostlarının sözlərinə görə, son dəfə onunla aprelin 12-də, o xəstəxanaya düşməzdən qısa müddət öncə danışıblar. "O, dedi ki, yeni doğulan qızı Elifsuya əlcək alıb ki, üzünü cızmasın. Son sözləri bu oldu".

Bir neçə gün öncə sənətçinin beyin ölümü keçirsə də hələki ürəyi və digər orqanları fəaliyyətini davam etdirirdi.

Qeyd edək ki, İbrahim Erkal 12 aprel tarixində evinin avtomobil qarajında huşunu itirmiş vəziyyətdə tapılaraq xəstəxanaya yerləşdirilmişdi. Onun beyin qanamsı keçirdiyi müəyyən edilmişdi.

İbrahim Erkal 1967-ci ildə Ərzurumda anadan olub. 50 yaşlı müğənni həm də bəstəkar, aktyor və söz yazarı kimi də tanınırdı. Bir necə albom buraxan müğənni sevənlərinin yaddaşında daha çox "Canısı" mahnısı ilə qalıb.

İstiPress
Bir ay öncə qızı olan məşhur müğənni öldü
Bu xəbəri oxuyanlar aşağıdakı xəbərləridə oxuyub
 
Xəbər lenti