Azərbaycanın əməkdar artisti - "Gəl mənimlə məzələn"

Azərbaycanın əməkdar artisti - "Gəl mənimlə məzələn"


"Ay çəkərəm, ox çəkərəm, of çəkərəm, uf çəkərəm"

Əməkdar artist Elza Seyidcahan yeni şeir yazıb. O, adəti üzrə yeni "əsərini" "İnstagram" hesabında paylaşıb. Müğənninin yeni şeiri "Məzələn" adlanır. Onun şeiri izləyiciləri tərəfindən birmənalı qarşılanmayıb.

Gecce.az İstiPress-ə istinadən əməkdar artistin yeni şeirini təqdim edir:

"Məzələn"

Yorğun olanda mənimlə məzələn,

Soy əynini, soy ruhunu

Təzələn.

Oradan bura, buradan ora

Sərələn.

Mənə de ki, dağ qoynumda

Təpələn.

Ağuşumda körpələn.

Gəldiyin yollara güllər səpərəm,

Saçlarınla dəniz təki ləpələn.

De ki, mənə,

Başdan-ayağa mən sənin üçün gözələm,

Yaralanaram.

De ki, de ki,

Nərə çəkərəm,

Ay çəkərəm, ox çəkərəm,

Of çəkərəm, uf çəkərəm.

Məzələnməsəm təzələnmərəm.

Yer olmasa,

Vaxt solmasa.

Heç olmasa

Yorğun könlün

Xoş olmasa

Demə mənə

Mən sevgimi kəsərəm.

Bu yoldan mən

küsərəm.

Bilki canım

Mən ölərəm, itərəm

Sevgi yoxsa

Arxayın ol.

Gəl mənimlə

Məzəli-məzəli məzələn,

Təzələn.
Bu xəbəri oxuyanlar aşağıdakı xəbərləridə oxuyub
Günün qoroskopu

20.10.2017 / 09:00
 
Xəbər lenti