Həmidə Ömərova açıq-saçıq səhnələrdən DANIŞDI: “Sponsor tapsam...”

Həmidə Ömərova açıq-saçıq səhnələrdən DANIŞDI: “Sponsor tapsam...”


“Azərbaycanda açıq-saçıq səhnələri olan filmlər heç vaxt qəbul olunmayıb. Bunun səbəbi isə mentalitetimizdir. Bu, təbii prosesdir. Lakin hesab edirəm ki, əgər belə shnələr filmin məzmununun və xarakterlərin açılışına xidmət edirsə, səviyyəli çəkilirsə, bəlkə də nə vaxtsa qəbul olunacaq”.

Bu sözləri Azərbaycanın Xalq artisti Həmidə Ömərova deyib. Xalq artisti son illərdə çəkilən yerli kommersiya filmlərə də münasibət bildirib.

O, belə deyib: “Film təqdimatlarında tez-tez iştirak edirəm. Maraqlısı odur ki, çox vaxt zalda filmə baxanda ona hamı güldüyü halda mən nə baş verdiyini anlaya bilmirəm. İnsanların şit, bayağı zarafatlara gülməsi məni çox təəccübləndirir, ikrah hissi oyadır. Deyirlər ki, gülüş yoluxucudur, bəlkə də ona görə, bütün zal gülmək məcburiyyətində qalır. Hər halda çox heyfsilənirəm ki, tamaşaçı auditorisyası zövqsüz filmlərlə korlanır”.

Aktrisa kütləvi mədəniyyətin təsirindən də danışıb: “Kütləvi mədəniyyət həmişə olub. Sovet dövründə də xalqın istənilən yaş auditorsiyasına xidmət edən kültəvi filmlər var idi. Bununla belə eyni zamanda zövqlü müəllif filmləri də çəkilirdi. Sergey Ezenşteyn, Çarli Çaplin, Andrey Tarkovski, Federike Fellininin kimi rejissorların art-haus filmləri kütləvi təbəqə üçün kommersiya məqsədilə çəkilən ekran işlərinin üzərində qələbə qazanırdı. Beləliklə də ciddi filmlər kütləni mədəniyyət səviyyəsinə qaldırırdı. İndi bu balans daha çox pozulub. Kommersiya filmlərinin ölkəmizdə çəkilməsi sevindirici haldır, lakin cəmiyyətimiz üçün böyük məna və əhəmiyyət kəsb etməsi mübahisəlidir. Onların tarixdə qalıb-qalmayacağını tarix göstərəcək. Ümumiyyətlə, indi ciddi filmlər kütlə tərəfindən qəbul olunmur, tamaşaçılar komediyaya daha çox meyil edir. Bu da film istehsalçılarına daha çox pul gətirir”.

H.Ömərova Azərbaycanda Çaplinsayağı, düşündürücü komediayalar çəkilməməsindən təəssüf hissi keçirdiyini deyib: “Kommersiya məqsədilə çəkilən filmlərdə istehsalçılar uğur əldə etmək və daha çox pul qazanmaq üçün istənilən yola ət atır, açıq-saçıq səhnələrə yol verir. Filmin peşəkarlıq səviyyəsi ikinci plana düşür. Əsl sənət əsəri həm güldürməli, həm də düşündürməlidir. Hələlik mən belə ekran işi ilə rastlaşmamışam”.

Grkəmli sənətkar rejissorların baş rollarda gözəl aktrisaları seçməsinə də aydınlıq gətirib: “Bu, ulduzlar sistemi əsasında belə qurulub. Ulduzlar sistemi kino yaranandan bəri bu günə qədər tətbiq olunur. Təbii ki, filmdə anti-qəhrəmanlar da olub. Məsələn, Dastin Xofman, Robert Deniro, Al Paçino və digərləri ulduz standartlarından seçilən aktyorlar idi. Kütlədən xüsusi fərqlənən üz cizgilərinə malik deyildilər. Buna baxmayaraq, sevilən qəhrəmanlar idi. Xalqın içindən çıxmış adi bir insanın probelmini qaldırıb, gündənmə gətirib və bunun sayəsində tanınıblar. Müəllif filmlərində zahirən gözəl olmayan, amma daxilən güclü olan aktyorlar çəkilir. Məsələn, Anna Manyaninin də gözəl olduğunu demək olmaz. Öz oyunu ilə özünü sevdirə bilib. Anna Manyani neo-realizm filmlərinin qəhrəmanı olub. Kommersiya filmlərində isə insanlar qəhrəmanların baxımlı və gözoxşayan olmasını istəyir”.

H.Ömərova aktyor və aktrisaların gözlərinin ifadəli olmasının vacibliyini də nəzərə çatdırıb: “Aktyor və aktrisanın gözlərinin ifadəli olması əsas faktordur. Çünki kino teatrdan fərqli olaraq daha çox insanın daxili aləmini kamera və ekran vasitəsilə izləyiciyə göstərə bilir. Əgər aktyorun gözləri üçüncü və dördüncü dərəcəli duyğuları özündə əks etdirə bilmirsə, onda obraz da alınmır. Kommersiya filmlərində isə əsasən dinamik hərəkətlər, gülüş, eksterimal vəziyyətlərə önəm verilir”.

Xalq artisti öz layihəsini həyata keçirmək üçün sponsor tapa bilməməsindən də gileylənib: “Daha çox seriallara dəvət alıram. Süjet etibarı ilə rolların çoxu bir-birinə bənzər olduğu üçün imtina edirəm. Özümün kommersiya filmim var, lakin onu həyata keçirmək üçün sponsor tapa bilmirəm. Bu, elə bir kommersiya layihəsidir ki, təkcə gülüş üçün nəzərdə tutulmayıb, həm də düşündürücü tərəfləri olan lirik bir komediyadır. Xoruz ili mənim ilimdir, ümid edirəm ki, düşərli olacaq və arzuladığım filmi çəkib tamaşaçılara tqdim edə biləcəm”.

Publika.az

Həmidə Ömərova açıq-saçıq səhnələrdən DANIŞDI: “Sponsor tapsam...”

Həmidə Ömərova açıq-saçıq səhnələrdən DANIŞDI: “Sponsor tapsam...”

Həmidə Ömərova açıq-saçıq səhnələrdən DANIŞDI: “Sponsor tapsam...”

Həmidə Ömərova açıq-saçıq səhnələrdən DANIŞDI: “Sponsor tapsam...”

Həmidə Ömərova açıq-saçıq səhnələrdən DANIŞDI: “Sponsor tapsam...”

Həmidə Ömərova açıq-saçıq səhnələrdən DANIŞDI: “Sponsor tapsam...”
Bu xəbəri oxuyanlar aşağıdakı xəbərləridə oxuyub
 
Xəbər lenti