Elza Seyidcahan 31 mart soyqırımına şeir həsr etdi

Elza Seyidcahan 31 mart soyqırımına şeir həsr etdi


Bu gün 31 mart Azərbaycanlıların soyqırımı günüdür. Ermənilərin azərbaycanlılara qarşı vəhşicəsinə törətdiyi soyqırımın baş verməsindən 99 il ötür.

Əməkdar artist Elza Seyidcahan tariximizin bu qanlı gününə şeir həsr edib. O, şeirə "Elza Seyidcahanın hayqırtısı" adı verib.

Vətən başın sağ olsun,

Azərbaycan yeniləməz

Azərbaycan dərilməz,

Yenilməz.

Azərbaycan əyilməz,

Bölünməz.

Heç nahaqdan bükülməz,

Donsa da o soyuğunda.

Qatil düşmən onu bil ki,

Saxta istiliyində heç də əriməz

Azərbaycan dəyişməz.

Tutduğu yoldan dönməz.

Qalx ruhlarım ruhların

Döyüşə hazır ordumuzla tuşlanın.

Soyqırımlar enmədi bizi
Etdi bizi soydurumlar

Qalxdı ayağa boydurumlar

Kökümüzdə kişilik var

Ər-ərənlik, mərdlik var.
Düşməni edəcək taar-mar

Azərbaycan var!

Prezidentimiz,

Xalqımız var!

Güclü ordumuz,

Arxasında vətənimiz,

Azərbaycanımız var!!!

İstiPress
Bu xəbəri oxuyanlar aşağıdakı xəbərləridə oxuyub
 
Xəbər lenti