"İki yad adam" Çində mükafatlandırıldı - fotolar

"İki yad adam" Çində mükafatlandırıldı - fotolar

Addım Təşkilatının sifarışı ilə görkəmli yazıçımız Mir Cəlal Paşayevin "Kəmtərovlar Ailəsi" hekayəsinin motivləri əsasında çəkilən "İki yad adam" filmi Çin Xalq Respublikasının paytaxtı Pekin şəhərində, "World Cultural Open Organization"un dəstəyi ilə keçirilən "Grand Asian Film Festivalı"nın final gecəsində nümayiş olunub.

Gecce.az xəbər verir ki, Beynəlxalq "Cinematic Group"un təşkilatçılığı ilə ənənəvi olaraq hər il müxtəlif dünya ölkələri paytaxtlarında gerçəkləşən festivalın final nümayişində "İki Yad Adam" filmi yerli tamaşaçılar tərəfindən rəğbətlə qarşılanıb.

Tədbirdə ölkəmizi təmsil edən Addım Təşkilatının və layihənin rəhbəri Hüseyn Cavadzadə, eləcə də filmdə baş rolun ifaçılarında biri Riad Abdul juralistlər və qonaqların suallarını cavablandırıb. Daha sonra filmə "Ən Yaxşı Sosial mövzuda film" və "Ən yaxşı aktyor oyunu" nominasiyasında mükafatlar təqdim olunub. Bundan başqa filmdə əsas qəhrəmanlarından birini ifa edən gənc ifaçı Riad Abdul çin mətbuat nümayəndlərinə film və layihə ilə bağlı geniş müsahibələr verib.

Qeyd edək ki 1930-cu illərdə qələmə alınan əsər, gənc Azərbaycan ailəsinin həyatından bəhs edir. Filmdə bir neçə fərqli iş yerlərində, fərqli iş saatlarında çalışan və aylarla görüşə bilməyən ər arvadın maraqlı ünsiyyətindən bəhs olunur.

Filmdə baş rolları Duyğu Dəvəli, Riad Abdul və əməkdar artist Gülşad Baxşıyeva ifa ediblər. Digər rollarda isə Faiq Mirzəyev, Fərqanə Quliyeva, Aysel Osmanlı, Vüsalə Məmmədzadə və başqaları iştirak edib. Filmin ssenari müəllifi Nicat Dadaşov, operatoru Ruslan Ağazadə, montajçısı Murad Muradlı, səs rejissoru Ədalət Xəlilov, musiqi tərtibatçısı Elvin Musayev, prodüseri Azər Həsənovdur. Layihənin rəhbəri Hüseyn Cavadzadədir. Film Caspian Media Group şirkətində istehsal olunub.

Film aprel ayında Azərbaycanda ilk dəfə Səhiyyə Nazırliyi, Ailə Qadın Uşaq problemləri Dövlət Komitəsi və İctimai Səhiyyə və İslahatlar Mərkəzinin dəstəyi ilə gerçəkləşəcək 1-ci Gənc Ailələrin Forumunda təqdim olunacaq.

Bu xəbəri oxuyanlar aşağıdakı xəbərləridə oxuyub
 
Xəbər lenti