"Beş gün huşsuz halda aparatlara bağlı qaldım" - əməkdar artist

"Beş gün huşsuz halda aparatlara bağlı qaldım" - əməkdar artist


Əməkdar artist Hicran Nəsirova keçirdiyi ağır xəstəlikdən danışıb.

"İtkin gəlin" serialındakı Dünya obrazı ilə tanınan aktrisa "Xəzər maqazin"ə açıqlamasında xərçənglə mübarizə apardığını deyib.

O bildirib ki, üç il əvvəl kliniki ölüm keçirib:

"İkinci dəfə dünyaya gəlmək və özünü ələ almaq 1 il vaxtımı aldı. Deyirlər xərçəng sağalır, amma onun verdiyi fəsadlar olur. Həkim də dedi ki, səni bəladan qurtardıq, amma ömürlük şikəst oldun. Sonuncu dəfə beş gün huşsuz aparatlara bağlı qaldım. İki dünya arasında qalmışdım. Hətta bir gün gördüm ki, palatada təkəm, saat gecə 12-də dərman içməliydim. Yataqdan qalxıb pəncərənin yanından su götürdüm. Geri qayıdıb yatağa uzanmaq istəyəndə özümü çənəsi bağlı yataqda gördüm. Öz meyitimi gördüm... Sonradan yenidən özümə gəldim. Allah məni bu dünyadan qırıb götürmədi".

Axşam.az
Bu xəbəri oxuyanlar aşağıdakı xəbərləridə oxuyub
 
Xəbər lenti