Keyt Mossun qızıl heykəli "Erotika: ehtiras və istək" hərracında

Keyt Mossun qızıl heykəli "Erotika: ehtiras və istək" hərracında


Fevralın 16-da "Erotika: ehtiras və istək" adlı hərrac keçiriləcək.

Hərracda incəsənət əsərləri nümayiş olunacaq. Hərraca çıxarılacaq əşyalara görə auksion indidən böyük marağa səbəb olub. Burada heykəllərlə yanaşı, şəkillər, XIX və XXI əsrə aid mebellər, Pablo Pikassonun əsərləri və başqa əşyalar yer alacaq.

Gecənin iştirakçılarını ən çox dünyaca məşhur xanım Keyt Mossun qızıldan hazırlanan heykəli maraqlandırır. Rəssam Mark Kuinna tərəfindən hazırlanan heykəl "Maquette of Siren" adlanır. Qeyri-adi yoqa hərəkətinin nümayiş olunduğu heykəlin baha qiymətə satılacağı ehtimal edilir. Mütəxəssislər bildirib ki, heykəl ən az 85 min dollara satılacaq.

Axsam.az

Keyt Mossun qızıl heykəli "Erotika: ehtiras və istək" hərracında

Bu xəbəri oxuyanlar aşağıdakı xəbərləridə oxuyub
 
Xəbər lenti