Zəlimxan Yaqubun məzarı üstündə abidəsi ucaldıldı

Zəlimxan Yaqubun məzarı üstündə abidəsi ucaldıldı


Xalq şairi Zəlimxan Yaqubun məzarı üstündə abidəsi ucaldılıb. APA-nın məlumatına görə, məzarüstü abidə dekabrın 30-da I Fəxri xiyabanda qoyulub.

Abidənin müəllifi, xalq rəssamı Natiq Əliyev, memarı Tərlan Həsənovdur. Xalq rəssamı Natiq Əliyev açıqlamasında bildirib ki, məzarüstü abidənin hazırlanmasında Zəlimxan Yaqubun “Bir əlim torpaqda, bir əlim haqda” misrası əsas götürülüb: “Abidə 8 aya başa gəlib. Məzarın üstü cilalanmış qara qranitlə örtülüb. Abidə yarıfiqur formada, ağ mərmərdən yonulub”.

Qeyd edək ki, xalq şairi Zəlimxan Yaqub 2016-cı il, yanvarın 9-da dünyasını dəyişib. Xalq şairi uzun müddət böyrək çatışmazlığından əziyyət çəkib. O, 1950-ci il yanvarın 21-də Bolnisi rayonunun Kəpənəkçi kəndində dünyaya gəlib. 1967-ci ildə doğulduğu kənddə orta məktəbi, 1972-ci ildə isə Azərbaycan Dövlət Universitetinin kitabxanaçılıq fakültəsini bitirib. 1995-2005-ci illərdə Milli Məclisin deputatı olub. 2008-ci il avqustun 29-da Azərbaycan aşıqlarının V qurultayında Azərbaycan Aşıqlar Birliyinin sədri seçilib. Z. Yaqub I Fəxri xiyabanda dəfn olunub.
Bu xəbəri oxuyanlar aşağıdakı xəbərləridə oxuyub
Bu qızlar çalışdıqları bankı soydular - Dadaşova bacılarının 40 milyonluq fırıldağı

23.03.2017 / 21:00
 
Xəbər lenti
           
Bu qızlar çalışdıqları bankı soydular - Dadaşova bacılarının 40 milyonluq fırıldağı 21:00 Bu qızlar çalışdıqları bankı soydular - Dadaşova bacılarının 40 milyonluq fırıldağı