Məşhur rejissor vəfat edib

Məşhur rejissor vəfat edib


Məşhur Polşa rejissoru Anjey Vayda 90 yaşında dünyasını dəyişib.

Gecce.az APA-ya istinadən xəbər verir ki, bu barədə Polşa televiziyası xəbər verib.

Tanınmış Polşa kino rejissoru və prodüseri məşhur "Kanal", "Kül və almaz", "Günahsız sehrbazlar", "Pilat və digərləri" filmlərini lentə alıb.

A.Vayda "Oskar" (2000-ci il) və "Sezar" (1982-ci il) mükafatına layiq görülüb, dəfələrlə Kann, Venesiya və Berlin kinofestivallarının mükafatçısı olub.

Bu ilin sentyabrında rejissorun son filmi "Xarici dildə ən yaxşı film" nominasiyası üzrə "Oskar"ın siyahısına daxil edilib .
Bu xəbəri oxuyanlar aşağıdakı xəbərləridə oxuyub
HAVA PROQNOZU

22.01.2017 / 13:45
 
Xəbər lenti