Rasim Balayev efirə qayıdır

Rasim Balayev efirə qayıdır


Uzun fasilədən sonra Xalq artisti Rasim Balayev yeni filmə dəvət alıb.

Gecce.az aznews.az-a istinadən xəbər verir ki, o, adını gizli saxladığı bir filmdə rol alması üçün təklif aldığını, lakin hələ razılıq vermədiyini bildirib:

“Rejissorla görüşməliyəm, müzakirə aparmalıyıq. Rolun mahiyyətindən, filmin süjet xəttindən xəbərdar olmalıyam. Bu suallara cavab alandan sonra rolla bağlı fikrimi deyəcəyəm”.

Qeyd edək ki, aktyor mətbuata müsahibəsində uzun müddətdir ki, rol almadığını və səhnə üçün darıxdığını bildirmişdi.
Bu xəbəri oxuyanlar aşağıdakı xəbərləridə oxuyub
 
Xəbər lenti