Alim Qasımov üç ölkədə konsert verəcək

Alim Qasımov üç ölkədə konsert verəcək


Sentyabrın 9-da Xalq Artisti Alim Qasımov Morqenland Musiqi Festivalı çərçivəsində Almaniyada konsert proqramı ilə çıxış edəcək.

Gecce.az AZƏRTAC-a istinadən xəbər verir ki, Almaniyanın Osnabryuq şəhərində baş tutacaq konsertdə sənətkarı kamança ifaçısı, Əməkdar Artist Rauf İslamov və caz ifaçısı, Əməkdar Artist Salman Qəmbərov müşayiət edəcəklər. Eyni zamanda A.Qasımov fransalı məşhur tuba ifaçısı Mişel Qodar ilə eyni səhnəni bölüşəcək. Xanəndə, həmçinin sentyabrın 15-də Niderlandın paytaxtı Amsterdamda konsert proqramı ilə çıxış etməyi planlaşdırır.

Qeyd edək ki, Alim Qasımovun iştirakı ilə sentyabrın 17-dən oktyabrın 17-dək ABŞ-ın bir sıra şəhərlərində 11 konsert proqramı və ustad dərslərinin keçirilməsi nəzərdə tutulub. Amerikada baş tutacaq konsertlərdə xanəndə qızı Əməkdar Artist Fərqanə Qasımova ilə birlikdə çıxış edəcək. Konsertdə ABŞ-ın məşhur “Mart Morris” rəqs qrupunun rəqs ifaları altında “Leyli və Məcnun” operasından səhnəciklər təqdim olunacaq.

ABŞ-da baş tutacaq konsert proqramı “Yo-Yo Ma” və “İpək Yolu” ansamblının müşayiəti ilə reallaşacaq.
Bu xəbəri oxuyanlar aşağıdakı xəbərləridə oxuyub
Bu qızlar çalışdıqları bankı soydular - Dadaşova bacılarının 40 milyonluq fırıldağı

23.03.2017 / 21:00
 
Xəbər lenti
           
Bu qızlar çalışdıqları bankı soydular - Dadaşova bacılarının 40 milyonluq fırıldağı 21:00 Bu qızlar çalışdıqları bankı soydular - Dadaşova bacılarının 40 milyonluq fırıldağı