Üzeyir Hacıbəyliylə həsr olunan festival - Fotolar

Üzeyir Hacıbəyliylə həsr olunan festival - Fotolar


Azərbaycan prezidentinin "Üzeyir Musiqi Gününün keçirilməsi haqqında" 1995-ci il 18 sentyabr tarixli Fərmanına uyğun olaraq hər il sentyabrın 18-də ənənəvi Üzeyir Musiqi Günü keçirilir.

Gecce.az xəbər verir ki, Üzeyir Musiqi Günü münasibətilə respublikamızda bir çox konsertlər, tədbirlər, sərgilər təşkil olunur.

2009-cu ildən başlayaraq ölkəmizdə ənənəvi keçirilən və dahi bəstəkar, Azərbaycan professional musiqisinin banisi Üzeyir Hacıbəyliyə həsr olunmuş Beynəlxalq Musiqi Festivalları böyük əks-səda doğurub. Festival konsertlərində görkəmli musiqiçilər, bədii kollektivlər, solistlər, dirijorlar iştirak ediblər.

Heydər Əliyev Fondunun və Mədəniyyət və Turizm Nazirliyinin təşkilatçılığı ilə 2016-cı il 18-27 sentyabr tarixində Bakıda Üzeyir Hacıbəyliyə həsr olunmuş VIII Beynəlxalq Musiqi Festivalının keçirilməsi planlaşdırılır.

On gün ərzində M. Maqomayev adına Azərbaycan Dövlət Filarmoniyasında, kamera və orqan musiqisi zalında, Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrında, Azərbaycan Bəstəkarlar İttifaqında, Bakı Musiqi Akademiyasında və digər konsert salonlarında Rusiya, ABŞ, İsrail, Almaniya, Türkiyə, Gürcüstandan tanınmış musiqiçilər və kollektivlər – “Orfeon” xoru, Gürcüstan kamera xoru, Piter Laul, Ü.Mahmudbəyli, K.Moskoviç, R.İsmayılova, Haqai Şaham, Elnarə Kərimova və başqaları iştirak edəcəklər.

Üzeyir Hacıbəyliylə həsr olunan festival - Fotolar

Üzeyir Hacıbəyliylə həsr olunan festival - Fotolar

Üzeyir Hacıbəyliylə həsr olunan festival - Fotolar

Üzeyir Hacıbəyliylə həsr olunan festival - Fotolar

Üzeyir Hacıbəyliylə həsr olunan festival - Fotolar

Üzeyir Hacıbəyliylə həsr olunan festival - Fotolar

Üzeyir Hacıbəyliylə həsr olunan festival - Fotolar
Bu xəbəri oxuyanlar aşağıdakı xəbərləridə oxuyub
HAVA PROQNOZU

22.01.2017 / 13:45
 
Xəbər lenti